Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Tellərdən süzülən duyğular qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Tellərdən süzülən duyğular qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qanun kənardan zərif görünsə də, idarə olunması çətin alətdir”

Bakı, 8 iyun, AZƏRTAC

Onlarla sim, yüzlərlə səs çaları və bir ifaçının barmaqlarında canlanan bütöv bir musiqi dünyası... Musiqi alətlərinin hər birinin öz xarakteri var: bəziləri gücü, bəziləri kövrəkliyi, bəziləri isə mürəkkəbliyi ilə seçilir. Qanun musiqi aləti isə bütün bu xüsusiyyətləri özündə birləşdirən nadir alətlərdəndir. Bu zəngin alət ifaçıdan yalnız texniki bacarıq deyil, həm də yüksək dəqiqlik, səbir və dərin peşəkarlıq tələb edir. Geniş səs diapazonu və mürəkkəb ifa texnikası ilə fərqlənən qanun mahir musiqiçilərin əlində sözlə ifadə edilməsi çətin olan hisslərin dilinə çevrilir.

Azərbaycan musiqi mədəniyyətinin mühüm atributlarından olan qanun bu gün də yeni nəslin ifasında yaşayır, inkişaf edir və fərqli çalarlar qazanır. Bəs, bir qanun ifaçısının sənət yolunun arxasında hansı zəhmət dayanır? Səhnədə cəmi bir neçə dəqiqə ərzində səslənən melodiyanın ərsəyə gəlməsi üçün neçə illik təcrübə və hazırlıq tələb olunur? AZƏRTAC-ın müxbiri bu suallar ətrafında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müəllimi, tanınmış qanun ifaçısı Aysu Sadıqova ilə həmsöhbət olub.

Musiqiçinin sənətə gəlişində ailə amili hər zaman mühüm stimul rolunu oynayır. Həmsöhbətimizin də qanun alətinə bağlığı ailə mühitindən, xüsusilə anasının göstərdiyi böyük dəstəkdən başlayıb. Lakin Aysu xanım vurğulayır ki, daxili həvəs təhsil və ustad dərsləri ilə birləşməyincə peşəkarlıq qazanmaq qeyri-mümkündür. Elə onun da bir ifaçı kimi yetkinləşməsində peşəkar təhsil mühiti və müəllimlərinin rolu həlledici olub.

Gənc musiqiçi bu gün bir ifaçı kimi özünü, ilk növbədə, onu yetişdirən müəllimlərinə borclu hesab edir. Təhsil aldığı musiqi məktəbində ona sənətin sirlərini aşılayan, bir ifaçı kimi formalaşmasında mühüm rol oynayan Yaqut Məmmədova onun həyatında silinməz iz qoyub: “İstər Asəf Zeynallı adına Musiqi Kollecində, istərsə də Azərbaycan Milli Konservatoriyasında Yaqut xanımın sinfində təhsil almışam. Musiqinin incəliklərini, ifa mədəniyyətini və sənətə yanaşmanı məhz ondan öyrənmişəm”.

Onun sözlərinə görə, təhsil illərində muğam dünyasının daha dərindən dərk edilməsində, bu zəngin irsin incəliklərinin mənimsənilməsində isə tanınmış musiqiçi Malik Mansurovun böyük payı var. Aysu Sadıqova bu dövrü həm peşəkar formalaşma, həm də yaradıcılıq baxımından ən önəmli mərhələlərdən biri kimi dəyərləndirir.

Sənətkarın sözlərinə görə, qanun kənardan nə qədər zərif görünsə də, əslində fiziki cəhətdən kifayət qədər ağır və idarə olunması çətin alətdir. Trapesiya şəkilli taxta qutu üzərinə çəkilmiş onlarla sim və hər notun tonunu nizamlayan xüsusi mandallar ifaçıdan eyni anda həm riyazi dəqiqlik, həm də çeviklik tələb edir.

Səhnə və canlı ifa hər bir musiqiçi üçün fərqli duyğular deməkdir. Aysu xanım üçün isə ifa zamanı barmaqlarının tellərə toxunduğu ilk an tamamilə başqa bir aləmdir. İlk baxışda səhnədə sadəcə bir ifaçı və musiqi aləti görünsə də, əslində onunla qanun arasında dərin, sözsüz bir dialoq yaranır. Bu zərif tellərdən süzülən musiqi ifaçının daxili dünyasının səsli təzahürünə çevrilir. Bəlkə də buna görədir ki, o, öz repertuarını seçərkən hər zaman böyük həssaslıq nümayiş etdirir. Onun ifasında milli irsimiz, ulu muğamlarımız və klassik bəstələrimiz əsas yer tutsa da, gənc bir ifaçı kimi müasir bəstəkarların əsərlərinə, fərqli eksperimentlərə də hər zaman açıqdır.

Aysu Sadıqova qeyd edir ki, qanun ifaçısının sənət yolu ilk baxışda səhnədə görünən bir neçə dəqiqəlik ifa kimi sadə təsir bağışlasa da, əslində bu anların arxasında illərlə davam edən ciddi zəhmət, davamlı məşq və böyük səbir dayanır. Hər bir melodiyanın səlis və emosional səslənməsi üçün ifaçı gündəlik olaraq saatlarla texniki məşqlər edir, müxtəlif etüdlər üzərində çalışır və repertuarını daim genişləndirir.

“Qanun ifaçılığı təkcə notları düzgün səsləndirmək deyil, həm də alətin incə dinamikasını hiss etmək deməkdir. Simlərin hər biri fərqli səs çaları yaratdığı üçün ifaçı həm barmaq texnikasını, həm də sağ və sol əlin koordinasiyasını mükəmməl səviyyədə inkişaf etdirməlidir. Bu isə illərin təcrübəsini tələb edir. Ona görə də səhnədə bir neçə dəqiqə davam edən bir ifanın arxasında bəzən 5–10 illik, hətta daha uzunmüddətli hazırlıq dayanır. Bu illər ərzində ifaçı həm texniki ustalığını, həm də musiqiyə yanaşma tərzini formalaşdırır və hər çıxışında bu zəhmətin bəhrəsini dinləyicilərə təqdim edir”, - deyə gənc ifaçı vurğulayıb.

Onun sözlərinə görə, bir qanun ifaçısı üçün ən çətin məqamlardan biri də ifanın emosional tərəfidir. Çünki bu alətdə texniki düzgünlük qədər hissin ötürülməsi də önəmlidir. İfaçı hər bir əsəri yalnız ifa etməklə kifayətlənməməli, onu yaşamalı və dinləyiciyə ötürməlidir. Bu bacarıq isə zamanla formalaşır və hər yeni səhnə təcrübəsi ilə daha da dərinləşir.

Qanunun istər simfonik, istərsə də xalq çalğı alətləri orkestri ilə solo ifası səhnədə bənzərsiz bir harmoniya yaradır. Onlarca alətin içindən qanunun kristal səsini önə çıxarmaq isə xüsusi ustalıq tələb edir. Dirijorla ifaçı arasındakı görünməyən enerji barədə Aysu Sadıqova belə deyir: “Bu, bir-birini baxışlardan anlamaq, eyni ritmi hiss etmək və səhnədə bir nəfəs kimi hərəkət etməkdir.”

Aysu Sadıqova Azərbaycan xalq mahnılarının böyük vurğunu olduğunu söyləyir. Onun sözlərinə görə, harada xalq musiqisi səslənsə, böyük maraq və heyranlıqla dinləyir, bu musiqidə həm milli ruhu, həm də dərin emosional ifadəni hiss edir.

O, qanun ifaçısı kimi bu aləti təkcə ölkə daxilində deyil, beynəlxalq səhnələrdə də layiqincə təmsil edir. Müxtəlif ölkələrdə keçirilən konsert və müsabiqələrdə çıxış edərək Azərbaycan musiqisini, xüsusilə də qanun ifaçılıq ənənəsini tanıtmağa xüsusi önəm verir. Onun çıxışları həm milli musiqinin zənginliyini nümayiş etdirmək, həm də bu alətin imkanlarını fərqli auditoriyalara çatdırmaq baxımından mühüm rol oynayır.

Aysu Sadıqova hesab edir ki, qanun yalnız bir musiqi aləti deyil, həm də mədəniyyətin daşıyıcısıdır və hər bir ifa bu irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi deməkdir.

İfaçı bir pedaqoq kimi gənclərin milli musiqi alətlərinə, xüsusən də qanun ifaçılığına marağını yüksək qiymətləndirir. Onun fikrincə, konservatoriya auditoriyalarında bu aləti öyrənməyə çalışan tələbələrin sayının artması milli musiqi ənənələrinin davamlılığı baxımından çox önəmlidir. O, gənclərin həvəsini gördükcə sənətin gələcəyinə olan inamının daha da gücləndiyini bildirir.

Bəs, Aysu Sadıqovanın musiqidə və həyatda çatmaq istədiyi böyük arzu hansıdır? Onun cavabı həm sadə, həm də mənalıdır: “Azərbaycan qanun ifaçılıq məktəbini dünyanın ən möhtəşəm səhnələrində layiqincə təmsil etmək, bu alətin zərif səsini beynəlxalq auditoriyalara sevdirmək və gələcək nəsillərə təmiz, peşəkar və ləyaqətli bir sənət irsi ötürmək”.

Müxbir – Gülay Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri