Icma.az
close
up
RU
Telli Pənahqızı haray çəkdi, Aydın Xan cavab verdi: Qatar çoxdan gedib...

Telli Pənahqızı haray çəkdi, Aydın Xan cavab verdi: Qatar çoxdan gedib...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı Azərbaycan mətbəxi ilə bağlı həyacan təbili çalıb. Aparıcı Azərbaycan mətbəxinin bugünkü vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.

O bildirib ki, milli mətbəx xalqın yaddaşı və kimliyidir, bu sahəyə münasibətdə məsuliyyətsizlik gələcək nəsillər üçün mədəni boşluq yarada bilər:

"Mətbəximiz yavaş-yavaş sıradan çıxır. Biz artıq həyəcan təbili çalmalıyıq. Bu, təkcə kulinariya deyil, mədəniyyətin mühüm hissəsidir. Hər kəs bu barədə düşünməlidir".

Bu gün qadınların evində yemək bişirməmək və eyni zamanda daha çox sifarişli yemək istəklərinin səbəbləri nədir?

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında Telli Pənahqızının bu fikirlərini alqışladığını bildirib:

"Biz dəfələrlə və illərlə bunu televiziya, sayt və qəzetlərdə deyirik, amma nədənsə o vaxt nə Telli xanım, nə də başqaları bizim fikirlərimizə əhəmiyyət verirdi. Son zamanlar Azərbaycan mətbəxi dünyada təbliğ olunur və inkişaf etdirilir. Amma mətbəx sivilizasiyamız biznesləşdikcə, kommersiyalaşdıqca, kafe-restoranlara sığındıqca evlərimizdən mətbəxin qədimliyi qaçdı. Hələ ki, nənə və analarımız, gəlin-bacılarımız milli mətbəxin incəliklərini həm evdə, həm də internetdə, sosial şəbəkələrdə yaşatmağa çalışırlar. Amma evlərimizdə ocaqlarımızın odu sönüb sanki. Yeni nəsil, xüsusən də müstəqillikdən üzü bu yana dünyaya gələnlər milli-mənəvi dəyərlərlə yanaşı, bir çox bizə doğma olan istər mətbəx, istərsə də mədəniyyətlə bağlı dəyərlərə arxa çevirdi və mənzilimizdə, evimizdə olan mətbəx ocağını söndürməyə çalışdılar. Təəssüflər olsun analar əməliyyatla dünyaya uşaq gətirir və anaların öz ana-babalarından xəzinə olaraq qəbul etdikləri şifrələr, kodlar məhv olub getdi. Ana uşağını süni yeməklərlə böyüdür, lahmacun, pizzalarla böyüyən uşaqlardan mətbəx mədəniyyəti, yeməklərin incəliklərini, evimizin mətbəx ocağını tələb etmək mənasızdır. Qatar çoxdan gedib".

Aydın Xan Əbilov hesab edir ki, indi insanlar mətbəx bilgilərini kommersiyalaşdırıb:

"Artıq ondan qazanmağa başlayıblar, onu kreativ biznesin bir hissəsinə çeviriblər. Amma evlərimizdə yemək yeyirikmi? Yemək bişiririkmi? Lənkəranda nə qədər fərqli mətbəxt incəlikləri vardı, artıq onların çoxu unudulub. Kəndlərdə təndirə çörək yapanların sayı azalıb. Artıq həyətlərdə orqanik məhsulları əkib-becərən şəxslər qalmayıb, orta nəsil ya Bakıya köçüb, ya da ölkədən çıxıb. Qalan yaşlılar da işləməyi bacarmır, torpaqlarımız boş qalıb. İnək saxlayan yoxdur, ayran, qatıq, pendiri yeməyən, amma onun analoqu olan türk və Avropa yeməklərini, pizzalarını, dönərlərini öz dad zövqünə hesablayan nəsil yetişib. Evlərdə hər fəsilə uyğun yeməklər hazırlanırdı. Hanı onlar? Artıq bunları evdə bişirmirlər, hətta Novruz bayramının şirniyyatlarını təndirxanalardan sifarişlə alırlar. Onlar da hansı yağlarla bişirilir, məlum deyil”. 

Kulturoloqun fikirincə, Azərbaycan insanını fərqləndirən onun mətbəx mədəniyyətidir:

"Bizim yeməklərimiz kompüterin dili kimidir, istəlinən xalqın nümayəndəsinin mədəsinə rahatca gedir və həzm olunur. Mətbəximizdə həddindən artıq yağlı yeməklər olur. Ətin baha olduğu vaxtda onu badımcan, tərəvəzlə əvəz edən yeməklərin sayı çoxdur. Badımcandan bəlkə 100 cür yemək bişirilir. Ay xanımlar, niyə belə bir mətbəxi evlərimizdən yox elədiniz? Sizlər bu cür dadlı yeməkləri azərbaycanlıların ağız dadından qaçırdınız. Bu problemdir. Problemin də çox böyük mədəni, iqtisadi, qlobal səbəbləri var. Bununla belə Azərbaycan insanlarının özünün canında da var. Əgər sən lahmacun yeyirsənsə, pizza, qurbağa əti yeyirsənsə, ya Afrikalısan, ya Avropalı, ya da Uzaq şərq ölkələrinin nümayəndələrindən birinə çevriləcəksən. Sənin baba-nənələrinin geni damarında, qanında, ruhunda yox olub gedəcək".

Aydın Xan Əbilov sonda çağırış etdi:

"Hər kəs öz evində öz ocağının odunu yandırmalıdır. Hər kəs balasına Azərbaycan yeməyini verməlidir. Uşaqlar da milli yeməklərlə böyüməlidir".

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri