Icma.az
close
up
RU
Telli Pənahqızı: “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər”

Telli Pənahqızı: “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər”

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiya həm yaradır, həm də dağıdır


Milli mətbuatımızın 150 illiyi ərəfəsində sözün qiymətini bilənlərin fikirləri, bugünkü mediamız haqqında düşüncələri və onun gələcəyi necə görmək istədikləri önəmlidir. 


İllərini Azərbaycan televiziyasının inkişafına, milli televiziyamızın milli-mənəvi dayaqlar üzərində möhkəm dayanmasına sərf etmiş Əməkdar mədəniyyət işçisi, şairə, publisist, Azərbaycan tamaşaçısının üzünü görməsə belə, səsindən tanıdığı Telli xanım Pənahqızının fikirlərini öyrəndik. 


- Telli xanım, 150 illik mətbuatımıza sizin hansı baxış bucağından baxdığınızı bilmək istərdik. Mediamızın bugünkü səviyyəsi sizi qane edirmi?


- Əvvəla, bunu deyim ki, 150 illik bir mətbuat tariximizin mövcudluğu ilə sevinirəm. Əminəm ki, bu tarixlə yaxından-uzaqdan tanış olan hər bir vətəndaşımız 150 il əvvəl böyük Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin əkdiyi toxumların cücərtilərinin böyük bir tarlaya çevrildiyinin fərqindədir. Biz bu geniş söz tarlasına öz qatqımızı əlavə etməliyik. Bu da ancaq və ancaq ondan ibarət olmalıdır ki, sözün, cümləmizin qədrini bilək, insanları sevək və xalqın, millətin qayğılarını, düşüncələrini mətbuat vasitəsilə çatdıraq. Medianın bugünkü səviyyəsinə gəlincə, vallah, o qədər saytlar, xəbər platformaları, telekanallar, kabel televiziyaları var ki, vaxt tapıb hamısına baxmaq mümkün deyil. Amma neyləyə bilərik? Bunların hamısı yaxşıdır, qoy olsun. Kimi harada, necə maarifləndirməyi bacarırlarsa, qoy etsinlər. Amma çap mətbuatının hazırkı dövrdə lazımsız olması fikrini mən heç vaxt qəbul etmirəm. Onlayn media haqqında rəhmətlik Şirməmməd müəllim deyirdi ki, elə bil havaya üfürürük dediyimiz sözləri, hamısı yoxa çıxıb gedir. Reallıq bundan ibarətdir. Amma çap məhsulları qalır, qalıcıdır. 100 il əvvəlki qəzetləri, jurnalları vərəqləyəndə insanların nə düşündüyü, jurnalistlərin nədən yazdığını görürük, o dövrün mənzərəsi, siyasi, sosial mühit canlanır qarşımızda. Hazırda texnologiya elə bir səviyyədə inkişaf edib ki, həm yaradır, həm də dağıdır. Kiberhücumlar məhz dağıdıcıdır. Bir saniyə ərzində elektron yaddaşı məhv edə bilirlər. Amma qəzetlər qalır. Çap mediasını bu cür məhv etmək mümkün deyil. Çünki o, maddidir. Vizual, xəyali deyil. 


- Sizcə, çap mediası bu gün hansı missiyanı yerinə yetirməlidir?

- Çap mediası bu gün hansı missiyanı yerinə yetirə bilər?.. Əlbəttə ki, maarifləndirici missiyasını, doğru xəbərlərin çatdırılması vəzifəsini davam etdirməlidir. Niyə radio dinləyirik, niyə efirlərə baxırıq, qəzet oxuyuruq? İnformasiya almaq, maariflənmək üçün. Bu mənada çap mediasını saxlamaq və ona öz missiyasını davam etdirməkdə yardımçı olmaq lazımdır. Deyə bilərsiniz ki, uzun illərdir televiziyada işləyirsiniz, televiziyalar da ən geniş informasiya vasitəsidir. İnsanlar qəzetə, jurnala əvvəlki kimi maraq göstərmir, informasiyanı əsasən radiodan, televiziyadan alırlar. Lakin bugünkü televiziyaların insanlara ötürdüyü informasiya, faydalı informasiya deyil. Nə mənada? Bəlkə də, haqqında danışılan, təqdim olunan hadisə cəmiyyətə xeyirlidir. İnsanları maraqlandıran, düşündürən problem müzakirəyə çıxarılır, amma məhz təqdimat forması düzgün seçilmir. Efirlərimizdəki şou-proqramlar, tok-şoular bütün çərçivələri aşıb artıq. Olan-olmazımızı da ortalığa qoyublar. Çap mediası və televiziyalar insanların bu və ya digər məsələyə marağını birləşdirməyə, yönəltməyə çalışmalıdır. Nə təbliğ edilir o verilişlərlə?!. Həmin verilişlərə baxdıqdan sonra insanların bir-birinə necə yadlaşdığını,  jurnalistikaya nifrət etdiklərinin şahidi oluruq. “Bu nə jurnalistikadır?!” deyə əsəbiləşirlər, narazı qalırlar. Bu gün efirlərimizdə Azərbaycan xanımı, Azərbaycan bəyi biabırçı bir formada təqdim edilir. Bu biabırçılığa son qoyulmalıdır. Problemləri yenə qaldır, dilə gətir, amma insanları təhqir edərək, alçaldaraq, əxlaqi dəyərlərimizi ayaq altına ataraq yox.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri