Icma.az
close
up
RU
​“TEMU” İLƏ BAĞLI ARAŞDIRMA BAŞLADI Sifarişlər təhlükə altındadır?

​“TEMU” İLƏ BAĞLI ARAŞDIRMA BAŞLADI Sifarişlər təhlükə altındadır?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda geniş istifadəçi kütləsinə malik olan "Temu" platforması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırmaya başlanılıb. Araşdırma şirkətin qiymət siyasətində rəqabət qanunvericiliyini pozub-pozmaması ilə bağlı iddiaları əhatə edir. Hazırda hüquqi proses davam etdiyindən yekun qərar açıqlanmayıb. Bununla yanaşı, platformadan alış-veriş edən vətəndaşlar araşdırmanın sifarişlərin çatdırılmasına və xidmətlərin davamlılığına mümkün təsiri ilə maraqlanırlar.

"Temu" ilə bağlı başladılan araşdırma platformanın Azərbaycandakı fəaliyyətinə və istifadəçilərin sifarişlərinə təsir göstərə bilərmi?

Rəqabət qanunvericiliyinin pozulması təsdiqlənərsə, bunun şirkət və istehlakçılar üçün hansı hüquqi və iqtisadi nəticələri ola bilər?

Bu barədə “AzPolitika”ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, hazırda aparılan araşdırmanın özü avtomatik olaraq “Temu”nun Azərbaycandakı fəaliyyətinin dayandırılması və ya vətəndaşların sifarişlərinin çatdırılmasının dayanacağı anlamına gəlmir.

Onun sözlərinə görə, hüquqi baxımdan araşdırma ilə yekun qərar fərqli mərhələlərdir. Araşdırma şirkətin qiymət siyasətinin rəqabət qanunvericiliyinə uyğun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır və yekun nəticə açıqlanana qədər platforma adətən fəaliyyətini davam etdirə bilir:“Bu baxımdan, hazırda platformadan sifariş verən istehlakçıların gündəlik istifadə baxımından ciddi dəyişiklik hiss etməsi ehtimalı yüksək deyil. Sifarişlərin çatdırılması, ödənişlər və digər xidmətlər, bir qayda olaraq, hüquqi qərar qəbul olunana qədər əvvəlki qaydada davam edir. Yalnız araşdırma nəticəsində ciddi qanun pozuntuları müəyyən edilərsə və məhdudlaşdırıcı qərarlar qəbul olunarsa, bu, şirkətin fəaliyyət modelinə təsir göstərə bilər.

Əgər araşdırma nəticəsində “Temu”nun rəqabət qanunvericiliyini pozduğu təsdiqlənərsə, şirkətə müxtəlif hüquqi tədbirlər tətbiq oluna bilər. Bunlara maliyyə sanksiyaları, müəyyən kommersiya praktikasının dəyişdirilməsi barədə göstərişlər, istehlakçıları çaşdıran reklam və ya qiymət siyasətinin dayandırılması kimi tədbirlər daxil ola bilər. Yalnız çox ağır və sistemli pozuntular aşkar edilərsə, fəaliyyətin məhdudlaşdırılması ilə bağlı daha sərt qərarlar gündəmə gələ bilər. Lakin bu, adətən sonuncu və istisna tədbir hesab olunur”.

A.Nəsirli qeyd edib ki, iqtisadi baxımdan belə araşdırmaların əsas məqsədi hər hansı şirkəti bazardan çıxarmaq deyil, bazarda ədalətli rəqabəti təmin etməkdir:“Əgər platformanın süni şəkildə çox aşağı qiymətlərlə bazar payını artırdığı və bunun rəqiblərin fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilərsə, qiymət siyasətinin dəyişdirilməsi tələb oluna bilər. Bu halda bəzi məhsullar üzrə qiymətlər əvvəlki dövrlə müqayisədə arta bilər, çünki şirkət aqressiv endirim strategiyasını davam etdirə bilməyəcək.

İstehlakçılar üçün isə nəticələr ikitərəfli ola bilər. Bir tərəfdən, həddindən artıq aşağı qiymətlər və böyük endirim kampaniyaları azalarsa, bəzi məhsulların qiyməti yüksələ bilər. Digər tərəfdən, bazarda daha sağlam rəqabət mühiti formalaşarsa, uzunmüddətli perspektivdə həm yerli, həm də xarici platformalar arasında daha bərabər rəqabət yaranar və istehlakçıların seçim imkanları genişlənər”.

Ekspert vurğulayıb ki, bu araşdırma yerli elektron ticarət bazarı üçün də əhəmiyyətlidir: “Son illərdə xarici platformaların sürətlə böyüməsi yerli onlayn satıcılar üçün ciddi rəqabət yaradıb. Əgər bütün bazar iştirakçıları eyni qaydalara tabe olarsa, bu, yerli biznes subyektlərinin rəqabət imkanlarını müəyyən qədər yaxşılaşdıra bilər. Lakin tənzimləmə elə aparılmalıdır ki, nəticədə istehlakçıların seçim imkanları məhdudlaşmasın və bazarda rəqabət zəifləməsin.

Nəticə etibarilə, hazırkı mərhələdə araşdırmanın başlanması “Temu”nun Azərbaycandakı fəaliyyətinin dərhal dayandırılacağı və ya sifarişlərin çatdırılmasında problemlər yaranacağı anlamına gəlmir. Bununla belə, qanun pozuntusu sübuta yetirilərsə, şirkət qiymət siyasətini dəyişməyə, maliyyə sanksiyaları ödəməyə və rəqabət qaydalarına uyğun fəaliyyət göstərməyə məcbur edilə bilər. Belə araşdırmaların əsas məqsədi istehlakçıların maraqlarını qorumaqla yanaşı, bazarda ədalətli və şəffaf rəqabət mühitini təmin etməkdir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri