Temu sifarişi 4 gündür çatdırılmır: “İndi də geri qaytarırlar”
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Temu sifarişinin çatdırılması ilə bağlı şikayət
Gununsesi.info xəbər verir ki, vətəndaş Temu-dan etdiyi sifarişin kuryer şirkəti tərəfindən 4 gündür çatdırılmamasından narazıdır.
Şikayətçi bildirib ki, bağlamanın 2 dəfə ünvana gətirildiyi və qəbul edilmədiyi iddia olunur. Lakin onun sözlərinə görə, kuryer tərəfindən nə zəng edilib, nə də mesaj göndərilib.
“4 gündür Temudan sifarişimi kuryer gəzdirir. Guya 2 dəfə ünvana gəlib, biz qəbul etməmişik. Nə vaxtdan kuryer zəng etmədən, mesaj yazmadan ünvana gəlir? İkincisi, sübut etsin ki, gəlib ünvana və biz qəbul etməmişik.
Hansı əsasla bağlamanı yubadıb indi də geri qaytarır, təzədən Temuya göndərir? Bir qəpiklik çatdırılma xidməti göstərə bilmirlər”, – deyə şikayətçi qeyd edib.
Vətəndaş bağlamanın niyə vaxtında çatdırılmadığına və geri qaytarılmasının hansı əsasla həyata keçirildiyinə aydınlıq gətirilməsini tələb edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 30 Sentyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















