Icma.az
close
up
RU
İndi də GÜL FIRILDAQÇILARI: Sifarişi VERDİ, ödənişi ETDİ, gülü GƏTİRMƏDİLƏR... ŞİKAYƏT

İndi də GÜL FIRILDAQÇILARI: Sifarişi VERDİ, ödənişi ETDİ, gülü GƏTİRMƏDİLƏR... ŞİKAYƏT

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə onlayn ticarət və kuryer xidmətlərinin sürətli inkişafı bir çox sahədə insanlara rahatlıq qazandırsa da, bəzən bu rahatlığın fonunda ciddi problemlər də ortaya çıxır.

Xüsusilə sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərən bəzi onlayn mağazalar müştərilərlə qeyri-peşəkar münasibət qurur, sifarişlərin yerinə yetirilməsində məsuliyyətsizlik göstərir və nəticədə insanlar həm vaxt, həm də maddi baxımdan zərər görürlər.

Aşağıda təqdim olunan hadisə də məhz belə mənfi təcrübələrdən biridir. “Flowers Mi.az” adlı gül salonu ilə yaşanan və etimadı sarsıdan bu hadisə onlayn ticarətdə şəffaflıq problemini bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a müraciət edən Emil Bayramov bildirib ki, oktyabrın 16-sı səhər saat 08:53 radələrində “Flowers Mi.az” gül salonundan rəsmi şəkildə sifariş verib:

“Onların Instagram səhifəsini də yoxladım, real mağazalarının olduğunu gördüm – Füzuli küçəsi 79 ünvanında, 28 May metrosu yaxınlığında yerləşirdi”.

Şikayətçinin sözlərinə görə, mağaza məlumatında güllərin saat 10:00-a qədər çatdırılacağı qeyd olunub. Lakin təyin olunan vaxtda nə gül gətirilib, nə də hər hansı bildiriş göndərilib:

“Saat 10:00-da mağazaya zəng etdim. Dedilər ki, kuryer artıq yola çıxıb, yarım saata sifariş məndə olacaq. Gözlədim, amma 11:30 oldu, yenə xəbər çıxmadı. Hər dəfə eyni cavabı eşidirdim: Kuryer yoldadır. Halbuki, ‘Yango’ və ya ‘Bolt’ kimi platformalar vasitəsilə sifarişlər zamanı bildiriş gəlir və prosesi izləmək olur. Amma burada heç bir bildiriş yox idi, bu da şübhə doğururdu”.

Emil Bayramov əlavə edib ki, saat 11:15-də bir daha zəng edərək sifarişin 12:00-a qədər çatdırılmadığı halda ləğv ediləcəyini bildirib. Lakin mağazadan reaksiya olmayıb, vəziyyət də dəyişməyib.

“12:00-da sifarişi ləğv etdiyimi dedim. Bundan sonra qəribə hadisələr başladı – "Instagram"da məni blok etdilər, az sonra isə blokdan çıxardılar. Daha sonra nə zənglərimə, nə də mesajlarıma cavab verdilər. Mesajlar oxunurdu, amma cavab gəlmirdi. Təxminən 12:30-da birdən telefona kuryer bildirişi gəldi. Zəng etdim, kuryer dedi: ‘10 dəqiqəyə çatırıq.’ Amma sistemdə çatdırılmaya 43 dəqiqə qaldığı göstərilirdi. Bu da açıq-aşkar yalan idi”.

Şikayətçinin sözlərinə görə, mağaza sonradan ona kuryerin nömrəsini təqdim edib. Lakin həmin şəxs də qeyri-ciddi münasibət nümayiş etdirib:

“Zəng etdim, dedi ki, maşının benzini qurtarıb, başqa kuryer gətirəcək. Mən isə sifarişi artıq istəmədiyimi, vəsaitin geri qaytarılmasını tələb etdim. Amma bildirdilər ki, geri ödəniş olmayacaq”.

Emil Bayramov əlavə edib ki, sonradan məlum olub: onunla əlaqə saxlayan “kuryer” əslində mağazanın öz işçisi imiş.

“Yəni, müştəriləri aldatmaq üçün belə plan qurublar. Həmin şəxs sonradan məndən əlavə 5 manat da istədi. Ümumilikdə 68 manat ödəniş etmişdim”.

Şikayətçi baş verənlərlə bağlı polisə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, ödəniş “kartdan-karta” üsulu ilə həyata keçirilib:

“Mən yerində nağd ödəniş təklif etmişdim, amma ‘yalnız kartla qəbul edirik’ deyə israr etdilər. Bildiyiniz kimi, bu cür qeyri-rəsmi kart ödənişləri vergi qeydiyyatından kənardır və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Bu hadisə bir daha göstərir ki, bəzi onlayn mağazalar hələ də müştəri hüquqlarına hörmət etmir, məsuliyyətsiz davranır və insanların etibarından sui-istifadə edirlər. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar yalnız rəsmi qeydiyyatdan keçmiş, şəffaf fəaliyyət göstərən onlayn platformalara üstünlük verməli, alış-veriş zamanı ödənişlərin yalnız rəsmi hesablar vasitəsilə aparılmasına diqqət yetirməlidirlər.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri