Icma.az
close
up
RU
“Temu”dakı məhsullar kimin sifarişidir? AÇIQLAMA

“Temu”dakı məhsullar kimin sifarişidir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çinin son illər dünya onlayn satış bazarına sürətlə daxil olan və qloballaşan elektron ticarət platformalarından biri “Temu”dur. Platformada müxtəlif aksesuarlar, texniki məhsullar, ev alətləri, süvenirlər və milli atributlar satışa çıxarılır. Bu məhsulların hazırlanması birbaşa “Temu” tərəfindən deyil, müxtəlif şirkətlər məsələn, yerli biznesmenlərin sifarişi əsasında həyata keçirilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
O deyib ki, məqsəd həmin məhsulları dünya alıcılarına təqdim etməkdir:
“Son günlər Azərbaycanda müzakirə olunan milli atributlarla bağlı əşyalar insanlarda geniş etiraz doğurub. “Temu”da bu elanların azərbaycanlı işbazların sifarişi ilə olub-olmaması dəqiq məlum deyil, lakin hər halda belə addımlar bizim milli və mənəvi dəyərlərimizə təsir göstərir. Amerikada bayrağın müxtəlif məhsullarda istifadəsi normal qarşılanır, lakin Azərbaycanda milli atributlara xüsusi həssaslıq var. Azərbaycanın tarixi müstəqilliyi nisbətən yeni olduğu üçün xalq zəfərlə bağlı hər hansı simvol və atributlara xüsusi diqqət göstərir. Şəhidləri olan, 30 il ərzində torpaqlarının 20 %-i düşmən tapdağı altında qalan bir xalq üçün zəfər və milli atributlar mövzusu həssasdır. Novruz Bayramı və digər milli bayramlarla bağlı milli atributlar dünya bazarında geniş istifadə olunur, lakin Azərbaycanda bəzi məhsullar bu qədər diqqət çəkir”.
O bildirib ki, bu, milli psixologiyadan və muhafizəkar düşüncə tərzindən irəli gəlir:
“Dünyanın bir çox ölkələrində, məsələn, Türkiyədə Atatürk və bayraq, İngiltərədə kral ailəsi ilə bağlı mövzulara həssas yanaşılır. Hətta ABŞ-da prezident düzgün olmayan foto və pozalarla bağlı media vasitəsilə imicini qoruyur. Azərbaycan xalqının “Temu”da satışa çıxarılan milli atributlara etirazı başa düşüləndir. Bu etiraz həm dövlət, həm ictimaiyyət, həm də fərdi vətəndaş səviyyəsində bildirilməlidir. Məqsəd milli atributların şərəfini qorumaq və gələcəkdə oxşar halların qarşısını almaqdır. Bütün hallarda “Temu”ya öz etirazımızı bildirməliyik. Bu etirazı həm dövlət, həm də ictimaiyyət səviyyəsində ifadə etməliyik. Bizim şərəfimiz sayılan bayraq və zəfər atributlarının bu cür əşyalar üzərində istifadə olunmasına imkan verilməməlidir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see231

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see194

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see193

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see193

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see190

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see186

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see185

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see184

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see180

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see178

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see176

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see174

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see171

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see170

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see166

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see165

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see163

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see162

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see161

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri