Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Tendensiya var ki, şirkət rəhbərləri işçilərin inkişaf edəndən sonra başqa yerə gedərlər deyə qorxurlar

Tendensiya var ki, şirkət rəhbərləri işçilərin inkişaf edəndən sonra başqa yerə gedərlər deyə qorxurlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu il artıq 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 24 may tarixində “Baku Marriott Hotel Boulevard”da keçirilib. Ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirən Milli İnsan Resursları Forumu, ölkəmizin ən nüfuzlu insan resursları tədbirlərindən biri olaraq, müxtəlif sahələrdə effektiv idarəetmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaratmaqdadır. Müasir dövrdə insan resursları artıq yalnız idarəetmə funksiyası deyil, eyni zamanda insanları dinləmək, onların rifahını ön planda tutmaq və iş mühitində mənalı təcrübələr formalaşdırmaq missiyasını da daşıyır. Bu yanaşma forumun əsas mesajı olan “İnsana Dəyər” konsepti çərçivəsində xüsusi olaraq önə çıxarılıb.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin “İnsana dəyər verin” panelində Milli İnsan Resursları Forumunun layihə rəhbəri Cabir Süleymanlı açılış nitqi ilə çıxış edib və tədbir iştirakçılarını salamlayıb. Cabir Süleymanlı Milli İnsan Resursları Forumunun 10 illiyi ilə bağlı xatirələrini bölüşüb, ilk tədbirdə çəkilən fotoları təqdim edib: “Bizim etdiyimiz işlər insanlara dəyər üçün edilir. Simon Sinek “İnsanları işə götürəndə sadəcə iş axtaranları yox, sənin inandığına inanları seç” deyə bu istiqamətdə ən maraqlı şərhlərdən birini bölüşüb”,-deyə qeyd edib.

“Azərsun Holdinq”in İnsan Resursları Departamentinin rəhbər Fərid Tağıyev tədbirin birinci panelinin moderatoru kimi çıxış edib. Fərid Tağıyev süni intellektin yayıldığı bir vaxtda “insan bu prosesin harasındadır?” sualına cavab tapmaq üçün müzakirə aparılacağını bildirib: “Bizim iş yerlərində işçiyə verməli olduğumuz iki şey var. Məna və təsir. Yəni, biz mənalı iş və onun hansı təsirlər yaradacağını düşünməliyik. Bundan əlavə bildirmək istəyirəm ki, biz ən güclü işçini tapsaq belə, rəhbərlik onu saxlamağı bacarmalıdır. Psixoloji təhlükəsizlik komandanı uğura aparan yoldur. İşçi rəhbərliyə öz fikirlərini açıq şəkildə bildirməlidir və rəhbərlik buna şərait yaratmalıdır”.

Spiker kürsüsündə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Reaursları Departamentinin müdir müavini Rauf Məmmədov bildirib ki, əməkdaşlara dəyər vermək etik korporativ göstərici deyil: “İşə götürən və işçi arasında münasibətlərin tənzimləməsi ilə birgə şəffaf şəkildə şirkət daxili qaydalar bütün işçilərə açıq olmalıdır. Şirkətdə bu zaman inam yaranır. İşçilər özlərinə verilən dəyəri görür və iş yerinə bağlılıq yaranır. Bu zaman dolayısı ilə hansısa başqa müəssisədə iş axtarmır və məhsuldarlığını öz iş yerində göstərir. Bu da həmin işçinin maaşına təsir edir. İnsan resurslarının əsas işi işçi və işəgötürənlə balansı qorumaqdır. İnsan resursları bunu bacarsa daha uğurlu alınır.

Bir müddət əvvəl çalışdığım müəssisədə avtomatlaşdırma sisteminə start verdik və bizə zənglər gəlməyə başladı ki, “biz işimizi itirəcəyik?”. Cavabımız təbii ki, "xeyr" oldu. Çünki bu yenilik bizə sadəcə işimizi sürətləndirmək üçün lazım idi”.

“KHHR Consultancy”nin təsisçisi Kamil Hüseynov auditoriyaya səslənərək bildirib ki, "çox zaman rəhbərlər deyir ki, işçi işləmir və buna səbəb rəhbərin və işçinin gözləntiləri ilə bağlıdır: “Onların bir-birilərinə fikirlərini açıq şəkildə bildirməmələri axırda bu vəziyyətə gətirib çıxardır. Biz insan resursları kommunikasiyasını həm işçiyə, həm də işəgötürənə bildirməliyik və inkişaf etdirməliyik”.

Kamil Hüseynov vurğulayıb ki, insan resurslarının əksəriyyətinin biznesdən heç xəbəri belə yoxdur və onlar pulun haradan gəldiyini bilmir: “Məsləhətim odur ki, siz bu gündən öz biznesinizi araşdırın. Pulun haradan gəldiyini müəyyənləşdirin. Burada biraz maliyyə biliklərinizi artırmaq və biznesi anlamaq lazımdır.

İnsan resursları özündən daha çox komandanı inkişaf etdirməlidir. Bizdə belə bir tendensiya var ki, rəhbərlər işçilərin inkişafından qorxurlar. Düşünürlər inkişaf edər və başqa yerə gedər. Amma bu da səhv düşüncədir. Rəhbərlər işçilərini inkişafa aparmalıdırlar. Bu, özlərinin, şirkətlərinin lehinə olacaq”.

Kamil Hüseynov sonda bildirib ki, özümüzü dünənki özümüzlə müqayisə etməliyik və başqası ilə müqayisə aparmamalıyıq.

“Azərbaycan Hava Yolları”nın İnsan Resursları üzrə Strateji Biznes Partnyoru Əfsanə Rəcəbova “əməkdaşı işə götürəndə onların hansı töhvə verəcəyini aydın şəkildə bildirilməlidir”,-deyə bildirib. Onun sözlərinə görə, hər təşkilat özünə uyğun davranış qaydaları müəyyən etməlidir: “Bu işdə də əsas yük HR-ların üzərinə düşür. Özünü tanıma çox önəmlidir. Rəhbərlərin bir çoxu özünü təhlil etmir. AZAL-da bir əməkdaşımız var. Bir gün onun çox yaxşı işçi olduğunu dedim. O da mənə bildirdi ki, əvvəl belə olmayıb. Ona irad bildirilib və o, öz əskiklərini tamamlamaqla indiki vəziyyətə gəlib çıxıb”

“Mergen Group Consultancy Company”da HR direktor, həmtəsisçi Tural İslamov qeyd edib ki, HR-lar rəhbərliklə kiçik görüşlər keçirməlidir və rəhbərə suallar ünvanlayıb onun tam olaraq nə istədiyini anlamalıdır, nəticədə qeyri-müəyyənlik mühiti tam olaraq aradan qalxacaq.

“Rəhbərlər köhnə düşüncədə qaldıqları üçün HR-ı ancaq tapşırıq icra edən şəxs kimi görürlər. HR-lar bu düşüncədən insanları çıxarmaq üçün iş görməlidirlər. Rəqiblərimizdən nə ilə fərqləndiyimizi, şirkətimizin məhsullarını və xərclərini başa düşmədən, biznesin dilini bilmədən heç bir halda stratejik masaya dəvət almayacağıq. Biz rəqəmləri, biznesi və bazar mövqeyimizi bilməliyik. Bu zaman biznes tərəfdaş olacağıq və bizim fikirlərimizi soruşacaqlar”.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri