Icma.az
close
up
RU
Tənha dəvəquşu: Stresə düşüb, erkək tay axtarılır

Tənha dəvəquşu: Stresə düşüb, erkək tay axtarılır

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Diyarbəkirdə bir iş adamına hədiyyə edilən dişi dəvəquşu yeni sahibindən qaçaraq onu böyüdən şəxsin yanına qayıdıb. Dəvəquşunun kefsiz olması da nəzərdən qaçmayıb və köhnə sahibi baytar həkimlərə müraciət edib. 

News24.az “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, dişi dəvəquşu sağlamlıq qrupları tərəfindən müayinə olunub, hansı səbəbdən stress keçirdiyi müəyyənləşib. Dəclə Universiteti Baytarlıq Fakültəsinin səyyar kliniki tətbiqi çərçivəsində, akademik və yuxarı kurs tələbələrindən ibarət səyyar qrup, 15 kilometr yol qət edərək Yenişəhər mahalına dönən, sahibinin “Hüthüt” adı verdiyi dişi dəvəquşu üzərində sağlamlıq yoxlaması aparıb. DU Baytarlıq Fakültəsi Dekanı professor Sadık Yayla AA müxbirinə bildirib ki, “qaçaq dəvəquşu” kimi gündəmə gələn dəvəquşunun sağlamlığını yoxlamaq üçün tələbələri ilə birlikdə yaşadığı kənd məhəlləsinə gəliblər. Dəvəquşunun evə qayıtma prosesində stress keçirdiyini ifadə edən Yayla, "Stresdən sonra müvəqqəti iştahsızlıq, depressiya kimi simptomlar var idi. Tətbiq edilən müalicələr və bu gün apardığımız müayinə nəticəsində sağlamlığına qovuşduğunu müəyyən etdik. Hazırda vəziyyəti çox yaxşıdır", deyib. 

Türkiyədə dəvəquşu yetişdirilməsinin geniş yayıldığına diqqət çəkən Yayla, tələbələri məzun olmadan bu cür təcrübələrlə daha yaxşı yetişdirməyə çalışdıqlarını qeyd edib. "DU Animal Hospital"ın baş həkimi və Baytarlıq Fakültəsi Daxili Xəstəliklər Kafedrasının müdiri, prosessor Hasan İçen də dəvəquşunun sahibinə dönərkən sıx stress yaşadığını ifadə edərək, sahibi ilə olan bağı sayəsində evə qayıtdıqdan sonra stressinin azaldığını qeyd edib: “O, sahibi ilə çox möhkəm bağ qurub, bunun şahidi olduq”. Daha əvvəl bir çox dəvəquşu fermasında olduğunu və ilk dəfə belə bir sevgi bağı ilə qarşılaşdığını söyləyən İçen deyib ki, dəvəquşular yad adamları gördükdə panikaya düşürlər və sərt reaksiya verirlər. Amma onda belə bir  reaksiyanı görmədik, müayinə etməmizə icazə verdi. 

Müayinə zamanı hiss etdik ki, o, tək qaldığı üçün narahatdır. Bundan başqa səhhətində heç bir problemi yoxdu. Sahibi də dəvəquşu ilə mehriban davranır. Ona ən qısa zamanda erkək tay tapmaq lazımdır. Bunun üçün həm sahibinə, həm də dəvəquşuna dəstək olmaq istəyənlərə səslənirik”. H.İçen həm dişi dəvəquşuna, həm də yoldaşı olaraq tapılacaq dəvəquşuna hər cür sağlamlıq xidməti göstərməyə hazır olduqlarını bildirib. Dəvəquşunun sahibi Fesih Ateş bu ziyarətdən məmnun olduğunu və sağlamlıq qruplarının göstərdiyi diqqətin sevindirici olduğunu bildirib. Ateş, "Bir neçə problemi var idi, müalicə etdik. Hazırda vəziyyəti çox yaxşıdır. Dəvəquşuna yoldaş lazımdır", deyib. /sherg

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Aprel 2025 03:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri