Icma.az
close
up
RU
Tənha uşağın nağılı

Tənha uşağın nağılı

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


(Həyat dərsi)
Ailənin ilk və tək uşağı idi. İlk yaşına çatanda danışmağa başlamış, dediyi ilk söz isə həyatda ən çox sevdiyi adamın adı olmuşdu: Ana.
Uşaq anası ilə eyni candan olduğunu bilməsə də, onu canı qədər sevdiyini çox yaxşı bilirdi. Südünü içdikdən sonra onun isti qolları arasında yatmaq və oyananda yenə onu başı üstündə görmək nə böyük səadət idi. Ancaq uşağın bu sevinci çox da uzun sürmədi. Anası onun xərclərini bəhanə edərək atasının müdir olduğu bir şirkətdə işləməyə başladı. Qısa bir vaxtda isə kişilərə göz dağı verən bir iş qadını oldu. Artq uşaq səhərlər gözünü açanda onu öpüşlərə qərq edən anasını yox, bütün günü saqqız çeynəyən qarayanız bir qadını görürdü. Belə olanda uşağa var gücü ilə qışqırıb ağlamaqdan başqa bir çarə qalmırdı. Ancaq gözünə dayədən çox cadugər kimi görünən bu qadının ustalıqla götürdüyü çimdiklər onu tez sakitləşməyə məcbur edirdi.
Uşaq artıq bir ay ərzində ağlamamağa öyrəşmiş və anasına qovuşacağı saatlara qədər dayəsi ilə birlikdə televizora baxmağa alışmışdı. Atası uşaqları çox sevmədiyi üçün ona üz vermir, hərdənbir kənardan söz atmaqla kifayətlənirdi. Buna görə də, uşaq yeganə təsəllisi olan anasının yolunu dörd gözlə gözləyir, özünü anasının qucağına atmaq üçün az qala bütün gününü qapının ağzında keçirirdi. Anası isə evə girər-girməz ev işlərinə başlayır, onu tələm-tələsik doyurduqdan sonra yatmaq üçün öz otağına aparırdı. Uşaq belə hallarda yenə də ağlamamağa səy göstərir və əvvəllər anasından eşitdiyi laylaları zümüzmə edərək yuxuya getməyə çalışırdı.
Uşaq iki yaşına çatanda anası ona qəfəsin içində balaca bir quş hədiyyə etdi. Artıq uşaq üz-gözündə ildırım çaxan dayəsinin yerinə onunla danışır və: “Ana işə getdi, ana işə getdi”, - deyə şikayət edirdi. Anası bu qiymətli hədiyyədən sonra artıq körpəsinin ona ehtiyac hiss etmədiyinə inanır, buna görə də, yeni aldığı maşınının kreditlərini ödəmək üçün bazar günləri də işləyirdi.
Bir gün quş qəfəsin açıq qalan qapısından uçub getdi. Sanki o, var gücü ilə ayrı düşdüyü sevdiklərinə qovuşmaq istəyirdi. Yeganə dostunu da itirməkdən qorxan uşağın əlləri havada qalmışdı. İllərdir tökülməyən göz yaşları mirvari kimi tökülməyə başlamışdı. İndi uşaq məyus-məyus quşun uçduğu tərəfə baxır və öz-özünə: “Quş da işə getdi, quş da işə getdi”, - deyə pıçıldayırdı…
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Sentyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri