Icma.az
close
up
RU
Tənqidlərə CAVAB VERDİ: Həftədə 250 qram təmiz araq için

Tənqidlərə CAVAB VERDİ: Həftədə 250 qram təmiz araq için

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Araq içməyin, içirsinizsə, həftədə 250 qram təmiz araq için!"

Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun araq reklamına çəkilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Rəşid Mahmudov çoxsaylı təniqdlərə hədəf olub. Böyük əksəriyyət onu insanları spirtli işçkidən istifadə etməyə çağırdığına görə qınayıb, bu hərəkətinin həkimliklə bir araya sığmadığını deyiblər.
Rəşid Mahmudov tənqidlərlə bağlı Modern.az-a açıqlama verib.
O, bu cür reklam rolikinə çəkilməkdə səhv hərəkət etmədiyini vurğulayıb.
"Hazırda satışda tərkibi zərərli spirtdən hazırlanan müxtəlif adda araqlar təklif olunur. Spirti kartofdan, vələmirdən, buğdadan, hətta neftdən də alırlar. Onun tərkibində çoxlu inqridiyentlər, sivuş yağları olur. Spirt insanın ən parenximatoz orqanları olan böyrəyə, qaraciyərə, mədəyə, sinir sisteminə, mədəaltı vəziyə mənfi təsir edir. Amma elə xəstəliklər var ki, onların müalicəsində spirtdən istifadə olunur. Məsələn vəba xəstəliyində 40 dərəcəli araq bütün virusları öldürür. Keçmişdə kim vəba olurdusa, dövlət ona pulsuz araq verirdi. Mən bu barədə danışıb demişəm ki, araq içməyin, içirsinizsə də yaxşısını için.
Azərbaycanın buraxdığı bir araq var, onun spirtini İsmayıllıda taxıldan alırlar. Ən yaxşı araq da taxıl arağıdır, onun tərkibində zəhərli maddələr az olur. Sivuş yağlarını spirtin tərkibindən təmizləmək üçün yüksək texnologiyadan istifadə edirlərsə, o, yaxşı araqdır.

Mən bu reklam rolikində deyirəm ki, araq içməyin, içirsinizsə də həftədə 250 qram təmiz araq için. Yararsız araq içib özünüzü xəstələndirirsiniz, ömrünüzü qısaldırsınız.
İndi bəziləri məni qaralayıb ki, "Rəşid müəllim arağı reklam edir, pul alır". Bu xalqın içərisində içməyənlərlə yanaşı, axı içənlər də var, həm də çoxdur. İndi biz bu şeyləri xalqa deməliyik, ya yox?! Bizim Qida Təhlükəsizliyi Agentliyimiz var. Qidamızın təhlükəsizliyini qorumalı olan o qurumdur.
"Çubuş" deyilən balaca şüşələrdə qablaşdırılan araqlar satılır. Mən deyirəm ki, içmə! İçirsənsə yaxşısını iç!
Yazırlar "Rəşid müəllimə pul verdilər, milyoner oldu". Araq da qidadır, onu qəbul edənlərə kimsə düz yol göstərməlidir, ya yox? Bu adamlar yazıqdırlar, axı içməyəndə dura bilmir. Onda ay Allah evini yıxsın, içirsən yaxşısını iç də! Mən də bunu deməyim, bəs kim desin?!", - R.Mahmudov bildirib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Aprel 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri