Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı: “Əminəm ki, müvafiq qurumlar kadrları araşdıracaq və lazımi tədbirlər görüləcək”

Tənzilə Rüstəmxanlı: “Əminəm ki, müvafiq qurumlar kadrları araşdıracaq və lazımi tədbirlər görüləcək”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkə kimi artıq özünü dünyada təsdiq edib. Bu gün ölkədə fərqli dinlərə məxsus insanlar birgə yaşayır, dövlətin inkişafına öz töhfələrini verirlər. Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, hər kəsin dini etiqad və vicdan azadlığı Konstitusiya, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunla qorunur. Təəssüf ki, ayrı-ayrı təriqətlərin dini ideologiya adı altında xoşagəlməz fəaliyyətinin şahidi oluruq. Xüsusilə, uşaqların bu işdə alət edilməsi, onların təbliğat vasitəsi kimi hədəfə gətirilməsi yolverilməzdir”.

Bu sözləri Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı Azərbaycanda İranın dini lideri Əli Xameneinin 86 yaşı münasibətilə azyaşlıların iştirakı ilə hazırlanan təbrik videosundan danışarkən deyib.

Deputat bildirib ki, sözügedən video təəssüf doğurur: “Xamenei İranın dini rəhbəridir. Bu idarəçilik, ideoloji görüşlərə və onun özünün şəxsinə heç bir aidiyyatı olmadan uşaqların bu şəkildə öyrədilərək təbliğat üsuluna alət edilməsi qətiyyətlə pislənməlidir. Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları bu şəkildə yönləndirmək həm mənəvi, həm də hüquqi baxımdan cinayətdir. Elm və texnologiyanın yüksək sürətlə inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli mənəvi dəyərlərlə tərbiyə olunmalıdır. Əminəm ki, müvafiq qurumlar bu kadrları araşdıracaq və lazımi tədbirlər görüləcək. Hər bir ölkə bilməlidir ki, Azərbaycan bu kimi xain üsullarla yeniləcək ölkə deyil. Azərbaycan insanı, xüsusən də gənclər dövlət və vətən sədaqətini müharibədə təsdiq edib”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see281

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see212

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see182

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see120

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see117

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see116

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see116

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see115

Daşkənddə Azərbaycan və Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahələrində əməkdaşlıq müzakirə olunub

04 İyun 2025 22:33see114

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see114

Turistin Şimali Koreya barədə təəssüratları...

04 İyun 2025 22:25see113

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see112

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see112

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see112

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see112

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see111

Sakit okeanda 3000 avtomobil daşıyan yük gəmisi yanıb

05 İyun 2025 06:03see111

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see111

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see111

Selçuk Bayraktardan Azərbaycan PAYLAŞIMI

04 İyun 2025 23:38see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri