Icma.az
close
up
RU
Pirallahıda 900 ailəyə ət paylaılıb FOTOLAR

Pirallahıda 900 ailəyə ət paylaılıb FOTOLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslam dünyasında və Azərbaycanda hər il qeyd olunan ənənəvi bayramlardan biri olan Qurban bayramı insanlar arasında həmrəylik, xeyirxahlıq və paylaşma kimi dəyərlərin təşviq olunmasına xidmət edir. İctimai-mədəni həyatın ayrılmaz bir hissəsi kimi qeyd olunan və humanist dəyərlərin ifadəsinə çevrilən bayram günlərində insanlar yaxınlarını ziyarət edir, yardıma ehtiyacı olanlara dəstək göstərir, cəmiyyətin sosial birliyini və qarşılıqlı anlayışını gücləndirir. 

Bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilmiş, rayon ictimaiyyəti arasında bayram ab-havası yaradılmışdır. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının nəzarəti ilə iri və xırdabuynuzlu heyvanların kəsimi həyata keçirilmib.

Rayon ərazisində sanitar-gigiyenik normalara riayət olunmaqla, müvafiq qaydalara uyğun müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 51B ünvanında quraşdırılıb. Burada kommunal infrastruktur və şərait yaradılmış, o cümlədən tullantıların atılması üçün 2 ədəd konteyner yerləşdirilib. Kəsim məntəqəsinə gətirilən diri heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb.

Bayram münasibətilə ümumilikdə 900 ailəyə, o cümlədən şəhid ailələrinə, müharibə iştirakçılarına, veteranlara, əlillərə və aztəminatlı ailələrə 1700 kq ət paylanılmışdır. Eyni zamanda Rayon İcra Hakimiyyəti, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 28 May NQÇİ və Neft-Daşları NQÇİ-nin təşkilatçılığı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələri üzrə ümumilikdə 620 nəfərlik ehsan süfrəsi təşkil olunub. 

Qurban bayramı münasibətilə təşkil edilən xeyriyyə aksiyalarında Rayon İcra Hakimiyyəti ilə bərabər, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar da fəallıq göstərmişlər. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyun 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri