Təqaüd alanlara şad xəbər
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.
Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
İyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

