Icma.az
close
up
RU
Son Şahnaz Şahin yazır

Son Şahnaz Şahin yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahnaz ŞAHİN

Deyirlər qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir. Amma insan oğlu yaşamaq, "son ucu ölümlü" dünyanın ləzzətini duymaq, sirlərindən az da olsa baş çıxarmaq  istəyir. Ən ümidsiz anlarda da həyat ona heç vaxt olmadığı qədər şirin görünür. Sabaha həmin o şirinliyin içindən yol tapır, qaranlığın nüvəsindəki iynə ucu qədər işığa doğru uçur. Bəs ölüm nədir, və ölüm həqiqətən sondurmu?..

Hər şeyi bitirən, bir ömrün axırına iri, qara daş kimi düşən, ayağın boşluğu çəkdiyi, əllərin havanı yardığı an... Dodaqlarda acı təəssüf, ürəkdə intizar, baxışlarda nigarançılıq... İki dünya arasındakı çırpıntılar, doğmaların boğazını yandıran qəhər, gözlərini pərdələyən isti yağışlar... Son!

Nəyə görə bu qədər acı dadır? Ömrün qısa, ya uzun olmasından, necə və nə cür yaşanmasından asılı olmayaraq kədər, hüzn, qəm boyalı olur son. Elə mən də bu dünyanı anlayalı, duyalı, ilk növbədə Əzraildən incimişdim...

Sosial şəbəkədən tanıyıb sonra da dostlaşdığım yazıçı Təranə Məmmədin ömür yoldaşı dünyasını dəyişmişdi. Əslində Etibar müəllimin ciddi xəstəlikdən sonra ağır bərpa dövrü keçirdiyini bilirdim. Təranə xanım bu çətin dönəmdə onun başına pərvanə kimi dolanır, onu baxışlarından anlayıb arzularını qarşılayırdı. Hətta səhhətində xeyli irəliləyiş olduğunu deyir, buna özü də uşaq kimi sevinirdi. Bu zərif qadın həyatla ölüm arasındakı savaşda əsl qəhrəman kimi döyüşür, necə olur olsun Etibarını bir az da yaşatmaq, həyatda saxlamaq üçün mücadilə edirdi.

İslam ölkələrində rəsmi nigahla bərabər vacib sayılan, amma bəzən fərqinə varmadığımız, mənasını bilmədiyimiz və hətta bəzi adamların ciddi sənəd hesab etmədiyi "kəbin kəsmə", yəni dini nigah bağı da var. Bu işi ailə quran insanlar üçün səlahiyyəti çatan din xadimləri həyat keçirir. Çox vaxt heç bu mərasimdə qadın iştirak etmir, nəslin ağsaqqalı tək başına həll edir. Əslində həmin din xadimi xüsusi sözləri izdivaca girən insanlara oxuyub mənasını izah etməlidir və indiki zamanda bəlkə də edir. Əvvəllər əlinə aldığı sənəddə ərəbcə yazılan sözlərin mənasını isə çox adam anlamırdı. Mən də çox sonralar öyrənib bildim ki, dini nigahın da şərtlərindən biri elə rəsmi nigahda nəzərdə tutulan  iki şəxsin "yaxşı və pis gündə" birlikdə olmasına aiddir...

Sənə hamıdan əziz olan, acılı şirinli ömrü birlikdə yaşadığın, həyatının ayrılmaz hissəsinə çevrilən adamı bir gün ümidsiz vəziyyətdə görmək, amma xəstəliyin önündə aciz qalmaq, dua və qulluqdan savayı əlindən heç nə gəlməməsi insanı mənən yıxır, yıpratır.

Təranə xanıma bu çətin günlərdə mənəvi dəstək, təsəlli olmaq, dərdləşmək üçün getdim. Axı, dərdi də hər adamla çəkmək olmur, Zəlimxan demiş, dərdləşmək gözəl işdi, dərdini duyan ola... Köhnə  dörd mərtəbəli "stalinka" binanın dördüncü mərtəbəsinə qalxınca deyəcəklərimi ürəyimdə yüz dəfə götür-qoy elədim, axı ilk dəfə ayaq basacağım evə dünyanın fani tərəfindən daxil olacaqdım. Fikrimi tutmuş kimi qapının ağzında məni gözləyən Təranə xanım:

- Çox təəssüf, Şahnaz xanım, belə bir hüznlü gündə görüşdük... - deyə məni içəri dəvət edir. "...hər kişinin öləndən sonra qəbri üstə ağlamağa bir qara paltarlı gözəl qadına ehtiyacı var..." Təranə xanımın əynindəki siyah paltar üz-gözündəki kədərlə həmahəngdir. Az qala Ramiz Rövşənə acığım tutur, niyə axı, niyə!?

İkilikdə bu kiçik mənzili saraya çevirən, yaxşılı-pisli günləri çörək kimi dostcasına bölüb yeyən, ürək, ömür, həyat, nəhayət qulaq və göz yoldaşını itirib indi özünə də burada yer tapmayan qadın. Sən, çox güclüsən! Bu zərif halınla əzmkar və fədakarsan!

Ömür yolu son dayanacağı bəlli olmayan, bir tərəfli bilet aldığın qatar kimidi. Hər dayanacaqda  minənlər şən, enənlər isə kədərli görünür. Beləcə həyat varlıqla yoxluq arasındakı qısa məsafədə dövr edir, biz də buna ömür deyirik. Balzak da həyatı beşiklə məzar arasındakı sınaq müddəti, Vaqif Səmədoğlu isə insanla ölüm arasındakı ayrılıq adlandırır...

Onlar orta məktəbin son siniflərində tanış olmuşdular, bir sinifdə oxumuş, dostlaşmış, yaxından bir-birinə bələd olmuş və sonra da vaxtı çatanda birlikdəliyə imza atmışdılar. Təməli dostluq, birgə anlaşma əsasında qoyulan evliliklər daha möhkəm və davamlı olur. Bu zaman hər iki insan bir-birinin həyatında hansı yeri tutduğunu, xasiyyət və xarakter baxımından uyğun olub-olmadığını daha yaxşı öyrənə bilir. Onlar da eynən belə idi, bir-birini bir şəklin surəti kimi tamamlayırdılar...

Bu dünyada hər şeyin başlanğıcı olduğu kimi, sonu da var, hətta suyun da. Nə qədər ki, çay axır, su yaşayır, dənizə tökülməklə onun da həyatı sona varır. Son.., bu sözün xüsusi çəkisi çox ağırdır, hansı sözün əvvəlinə, ya axırına əlavə etsək, mütləq kədər ifadə edəcək. Son söz, son zəng, son görüş, son istək, son dəqiqə, son nəfəs və .., ömrün, həyatın sonu...

Ölüm acıdır və bütün yaranmışlar onu dadacaq, ya tez, ya da gec. Bəlkə də qalanlar daha çox acı hiss edir, bilmirəm. Bildiyim budur ki, hər şey tez bir zamanda xatirəyə çevrilir, keçmişə qarışır, özün uzaqdasan, səndən qalan nə varsa yaxında. Geydiyin paltarın, ayaqqabın, şəxsi əşyaların.., hər şey səni xatırladır

"Dağılıb hər tərəfə, otaqla birdi xatirən,

Səni durub düşünməyə ən yaxşı yerdi xatirən"

- deyə bir ömür xatirələrinə baş vurur Təranə xanım. Xatirələrin zəif işığında gözlərindən gah soyuq bir kədər, gah ilıq bir xoşbəxtlik dalğası keçir. Sonra qəmli baxışlarını naməlum nöqtəyə dikib dodaqaltı pıçıldayır, "çox əziyyət çəkdi, indi rahatlıq tapar..." Etibar müəllimin böyüdülüb çərçivəyə salınaraq evin baş tərəfində asılmış şəklinə baxır və Nəcib Fazil Qısakürəyin həsrət, kədər və təsəlli dolu sətirlərini xatırlayıram...

Gəlib keçdi mövsümlər..,

süpürüldü təqvimlər,

gedənlərdən qalan şey,

divarlarda rəsmlər,

məzarlarda isimlər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri