“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə iyunun 25-də “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramında Qvadelup ilə Azərbaycan musiqilərinin harmoniyası tamaşaçılara təqdim edilib.
Tədbirdə Qvadelupun məşhur Lakou Veranda qrupu çıxış edərək öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edib.
Müstəmləkə əsarətində saxladığı xalqların mədəniyyətlərini sistemli şəkildə boğmaq siyasətini davam etdirən Fransa koloniyaları “fransızlaşdıraraq”, yerli xalqların milli kimliklərini zəiflətməyə çalışır. Bu kontekstdə paytaxtımız Bakı şəhərində Qvadelupun mədəni irsi ilə Azərbaycan mədəniyyətinin harmoniyasını birləşdirəcək unikal təşəbbüsün həyata keçirilməsi və mədəni həmrəyliyin gücləndirilməsi müstəmləkəçiliyə qarşı mübarizənin həm də mədəni platformada davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
AZƏRTAC -0-
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 25 İyun 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















