Təqaüdə göndərilən 43 yaşlı generala yeni vəzifə verildi
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.
Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.
Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Fevral 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















