Icma.az
close
up
RU
Təqsirləndirilən tiktoker “Beniz” KONKRET

Təqsirləndirilən tiktoker “Beniz” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın cinayət işı üzrə növbəti məhkəmə prosesi keçirilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən tiktoker, prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir necə epizod üzrə verdiyi sualları cavablandırıb.

“Beniz” cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:

“Xalid Kərimovla ailəli olmuşam. Bir halda ki, o şəxslə ailə kimi yaşamışam, onu necə şantaj edə bilərəm? Sumqayıtda evimi satıb, onun da köməkliyi ilə Bakıda ev almışıq. Avtomobilimi satmışam, Xalid də üstünə pul qoyub, yeni avtomobil almışam. Mənim hər bir şeyim olub. Bir il ərzində “TikTok”dan 306 min manat pul qazanmışam, ona görə də heç vaxt ondan pul tələb etməyə ehtiyacım olmayıb”.

Xaricdə yaşayan bloqer Manaf Cəlilzadə ilə onun hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə gəlincə isə Aybəniz Xəlilova belə cavab verib: “Mən bu vətənə övlad yetişdirirəm. Üç ildən sonra onu əsgər yola salacağam. Heç vaxt elə bir nalayiq hərəkət etmərəm – onun kimi insanlarla hər hansı bir əlaqəyə keçmərəm. Milyonlarla izləyicim olan səhifəm var. Sadəcə, canlı açanda, o, dəfələrlə canlıya yazaraq “sənin arxanda duran həcini tapacağam” kimi ifadələr işlədirdi. Mən də onu bloka atmışam. Bildiyimə görə o, daha sonra Xalidə yazıb pul istəyirdi”.

Vaxt məhdudiyyətindən epizodlar üzrə sualların cavablandırılması dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2025 03:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri