Ter Ştegen əməliyyat olunacaq 3 ay yaşıl meydanlardan uzaq qalacaq
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona"nın futbolçusu Mark-Andre ter Ştegen belindən əməliyyat olunacaq.
QOL.az xəbər verir ki, bu barədə almaniyalı qapıçının özü sosial şəbəkələrində paylaşım edib.
33 yaşlı oyunçu bildirib ki, o, uzun müddət belində ağrılar hiss edir. Bu qərar Kataloniya klubunun tibbi heyəti və digər mütəxəssislərlə müzakirə etdikdən sonra qəbul olunub. Ter Ştegen keçirəcəyi əməliyyatdan sonra 3 ay müddətində bərpa prosesi keçəcək.
Qeyd edək ki, daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, zədə ter Ştegenin bu yay "Barselona"dan ayrılmasına da əngəl olub. Lakin o, 2026-cı il dünya çempionatında Almaniya millisində əsas qapıçı mövqeyini qazanmaq üçün qarşıdakı qış transfer dönəmində yeni klub axtarışına başlaya bilər.
Baxış sayı:76
Bu xəbər 24 İyul 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















