Tərbiyədə sərt nizamintizam uşaqlara pis təsir edir ƏQLİ GERİLİK YARANIR
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sərt nizam-intizam şəraitində tərbiyə alan uşaqlarda gələcəkdə psixi sağlamlıq problemlərinin yaranma riski artır.
Kembric və Dublin Universitetlərinin alimləri araşdırmaları nəticəsində bu qənaətə gəliblər.
Tədqiqatda 7,5 mindən çox irlandiyalı uşaq iştirak edib. Əvvəlcə onların həyatı və sağlamlığı haqqında məlumat toplanıb. Daha sonra hər bir uşaqda psixi sağlamlıq problemlərinin xarici və daxili əlamətlərini müəyyən etməyə kömək edən "Gücü və çətinlikləri müəyyən etmək” adlı anketdən istifadə olunub.
Könüllü valideynlər üç valideynlik üslubuna görə qruplara bölünüb. Birinci qrup uşağın ehtiyaclarına dəstək və diqqət göstərirdi, ikinci qrup bəlli gözləntilər və qaydalar tətbiq edirdi. Üçüncü qrupsa sərt intizam və cəza tədbirləri görürdü.
"Epidemiology and Psychiatric Sciences" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, ZEüçüncü qrup valideynlərin uşaqlarında gələcəkdə həmyaşıdları ilə müqayisədə zehni problemlərlə üzləşib.
“Nəticəmizlə biz heç bir halda valideynlərə övladlarının davranışlarında aydın sərhədlər qoymaqdan tamamilə imtina etməyi təklif etmirik. Lakin uşağın psixi sağlamlığına təsir edən bəzi ciddi,sərt qaydalara da haqq qazandıra bilmərik. Yoxsa bunun nəticəsi göz qabağında. Bu halda gələcəyə sağlam olmayan nəsil yetişdirmiş oluruq”,- deyə tədqiqatın aparıcı müəllifi mütəxəssis İoannis Katsantonis bildirib.
Zeynəb Müzəffərli
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















