Icma.az
close
up
RU
“TƏRBİYƏLİ MƏMURLARIN “TƏRBİYƏSİZ” ÖVLADLARI... Və ya Azərbaycanda vəzifə tutanların övladlarının niyə əksəriyyəti xaricdədir?

“TƏRBİYƏLİ MƏMURLARIN “TƏRBİYƏSİZ” ÖVLADLARI... Və ya Azərbaycanda vəzifə tutanların övladlarının niyə əksəriyyəti xaricdədir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məzahir Pənahovun oğlu xaricdəki digər məmur övladlarından nə ilə seçilir?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...

Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...

Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır. 

Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?

Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.

O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.

Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...

Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.

Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri