Icma.az
close
up
RU
Tərk edilmiş yuvalar Əli İldırımoğlunun hekayəsi

Tərk edilmiş yuvalar Əli İldırımoğlunun hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

17 noyabr tanınmış yazıçı-publisist Əli İldırımoğlunun doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin "Tərk edilmiş yuvalar" hekayəsini təqdim edir.

Baharın ətirli rayihəsi duyulanda bi cüt quş sə­mada yorğun-yorğun qanad çalır. Uşaqlar yaş­la­rına uyğun təntənə ilə eyvana çıxır, onların rəvan uçu­şuna riqqətlə nəzər salır, sevinirlər:
- Leyləklər gəldi, - deyirlər. - Sən bir bunların eti­ba­rı­na bax. Qərib ellərdən yenə də bizi yad etməyə gəlib­lər. Xoş gəliblər, səfa gətiriblər.

Quşlar ulu çinarın həndəvərində neçə dəfə ağır-ağır dövə vurur, sonra da onun əmanət saxladığı ii yuvalarına baş çəkirlər. İncə və yaraşıqlı boyunlarını geriyə qat­layıb, uzun dimdiklərini şaqqıldadırlar. Gəldiklərini car çəkirlər. Sonra susurlar, gözlərini məchul nöqtəyə zilləyib xəyala dalırlar. Ətrafa boylanırlar. Sanki uzaq səfərdə olarkən bu yerlərdə baş verən dəyişikliklərə diq­qətlə nəzər salırlar. Gecə-gündüz Qubadlı qəsə­bə­sinə layla çalan Bərgüşad çayının qabağındakı beton bənd­lərə, sahildə ucaldılan yeni binalara, genişlənən yollara baxırlar. Yerlərindən tərpənmədən qanad çalırlar. Elə bil burada yaşayıb-yaradan qadir adamların hü­nərini alqışlayırlar.

Bir qədər dincəldikdən sonra yenə də ağır-ağır ha­va­ya qalxırlar, səmada qoşalaşırlar, uçurlar, aralaşırlar, uzaqlaşdıqca balacalaşırlar, nöqtə olurlar, gözdən itirlər. Çox keçmir ki, yenə də geri dönürlər. Çör-çöp gəti­rir­lər. Yumşaq ot daşıyırlar, palçıq hazırlayırlar. Payız­dan atıb getdikləri komada "təmir" başlanır. Qarlı, ya­ğışlı günlərdə pərgarı pozulan yuvalarını səliqə-sahma­na salırlar, içərisinə dönə-dönə sığal çəkirlər... Bala arzusu, bala həsrəti ilə...

Bu dəyirmi yuvadan, bu sərin komadan neçə-neçə bala pərvazlanıb. Ata-ana yenə də:-Yerləri rahat olsun, yumşaq olsun. Bu doğma çinarın yaşıl qanadları arasında dünyaya göz açacaq bir cüt balamız zavala gəlməsin, - deyirlər.

Əlbəttə, onların da öz dərd-səri var. Yaşamaq, ya­şat­maq dərdi. Bala dərdi, nəsil artırmaq qayğısı... Süb­hün xəfif mehi əsrlərin şahidi olan qocaman çinarın qır­çın­lı yarpaqlarını titrədəndə yuvalarından çıxır, göl­mə­çə­ləri dolaşır, Bərgüşadın mavi ləpələrində yuyunur, ov edir, balalarına yem tədarükü görürlər.

Yumurtadan təzəcə çıxan balalar ilk baxışda necə də eybəcər görünür. Onlara adamın qanı da qaynamır. Ancaq ata-anaları üçün əzizdir. Səhərdən-axşamacan zıl­qaların nazını çəkirlər. Neçə dəfə yem gətirirlər. Ba­la­lar ətə-qana dolur, ağlı-qaralı dona bürünürlər. Gö­zəl­ləşirlər, yenicə bərkiyən dimdikləri ilə özlərinə dö­nə-dönə tumar vurur, sığal çəkirlər. Ayaqları da, göz­ləri də gün-gündən gözəlləşir. Heç ata-analarından se­çil­mirlər. Bir dünya sevinc olurlar. Ata-ana tez-tez dim­dik­lərini şaqqıldadır, sanki əzab-əziyyətlə böyüdüb pər­­vazlandırdıqları balaları ilə fəxr edirlər. Fərəh­lə­nir­lər, atılıb-düşürlər, şənlənirlər.

Adamlara doğmalaşırlar, mehribanlaşırlar. Əkin­çi­lərin həndəvərində dolanırlar. Heç kəs onlara qıyıb əl qaldırmır. Günorta süfrəsi açılanda quşları unutmurlar. Onlara ayrıca pay tuturlar.

Qışın sorağı gələndə görünməz olurlar. Ailəlikcə köçürlər. İsti ölkələrə, qərib diyarlara. Quşların gedişi uşaqlara bir nisgil olur. Yalnız kimsəsiz yuvaya baxdıqca təsəlli tapırlar. Kövşənlərdə, telefon dirəklərinin başında, çay sahillərində, köl qırağında onların yeri görünür.

Həmişə belədir. On ildir, yüz ildir. Bəlkə də çox. Üç il bundan əvvəl... yenə də gəldilər. Uzun dimdiklərini irəli uzadıb, çəlimsiz qıçlarını arxada cütləyib qoşa qanad çala-çala. Amma bir gün.. Bir gün haradasa tu­fan qopdu. Kiminsə barmaqları tufəngin tətiyində gəzdi. Hansı namərdinsə qəfil gülləsi açıldı... Bir də ki, kim bilir, nə çoxdur buradakı yalçın qayalarda pusquda duran yırtıcı quşlar. Zavallı quşların qənimi. Han­sı­nın caynağına keçdi?! Bu sirri bilən olmadı! Bircə onu bildilər ki, quşların biri yuvasına qayıtmadı. Ana leylək tək-tənha qaldı.

Yuvanın kənarına qondu. Qəmgin-qəmgin o tərəf-bu tərəfə boylandı. Daha iri qanadlarını gərmədi, incə boynunu nazlana-nazlana qatlayıb, dimdiklərini şaq­qıl­datmadı. Görkəmində hüznlü bir ifadə duyulurdu. Gə­tirdiyi əyri çöpü də yuvasına qoymadı. İncik-incik bir kənara tulladı. Yuva düzəltmək arzusu ilə gətirdiyi hə­min uzun və haça çöp çinarın bir qanadından asılı qaldı.

Ana çox gözlədi. Lap səhərəcən. Nigarançılıqla ayaqlarının birini götürüb, o birini qoydu. Gözlərinə yuxu getmədi. Səksəkəli baxışları səmanın ənginliklərində gəzdi, quşların hənirtisini dinlədi. Ancaq gördüm deyən olmadı. Ata quş gəlmədi ki, gəlmədi. Elə bil qeyb oldu.

Ana quşun səbri daha tükəndi. Ömür yoldaşından əlini birdəfəlik üzdü. Həmişə dinclik tapdığı isti yuvası artıq ona soyuq göründü. Yad oldu. Ağır dərd oldu. Quşcuğaz dərdli-dərdli qanad çalıb yuvasını tərk etdi, çinarla həmişəlik vidalaşdı. Qəsəbənin kənarında göyə yüksələn iri dəmir borunun başına qondu. Qışda soyuyub buza dönən, yayda qızıb isti dəmir olan borunun. O gündən nə çinara tərəf yönəlir, nə də yuvasına.

Payıza dönəndə tutqun səmada köçəri quşların qatarı göründü. Hacıleyləklər də, qaranquşlar da yad ölkələrə üz tutdular... Ancaq tənha quş getmədi. Qaldı, həmişəlik, yalqız.

Bu hadisənin şahidi olan qəsəbə sakini Əlipənah kişi deyir ki, düz üç ildir belədir. Tənha qalan ana ley­lək bu dəmir borunun üstündə özünə məskən salıb. Sü­bh tezdən dərd əlindən haraya isə baş alıb gedir, qaş qara­landa yerində görünür. Sakit, səssiz. Bircə gecə­ya­rı­­dan keçəndə onun boğuq və tutqun səsi ətrafa hakim kəsilən sükutu pozur. Kim bilir, nə deyir, nə danışır?! Bəlkə dərdini gecənin səssiz dərinliklərinə nəql edir, taleyindən şikayətlənir?!

Deyir ki, o gündən insanlara da səmtimir, quşlara da. Heç öz nəslindən olan leyləklərə də yaxınlaşmır. Kə­­nar gəzir, tənha dolanır. Gündüzlər onun həmdəmi na­məlum və kimsəsiz çöllər, kecələr bu damir olur. Üç ildir ki, ana leyləyin günü, bax, beləcə keçir...

Əlipənah kişi öz həyatına bənzəyən bu macəranı danışıb susdu, doluxsundu. İxtiyar qocanın dərin qırışlar düşmüş solğun çöhrəsində yaş gilələidi. O, ulu çinarın qalın kölgəsində çəliyinə dirsəklənmişdi. Evləri xeyli aralıdakı təpənin ətəyində olsa da, burada dayanıb dincəlməyi adət edib. Lap uşaq yaşlarından. Elə indinin özüidə də. Nə çoxdur iri ağaç, qalın kölgə. Ancaq buradakı sərinlik, dinclik qədər ürəyinə yatmır. Yaşı yüzü haqlasa da rahatlığını, şənliyini, sevincini burada axtarır, burada da tapır. Qocaman çinarın dibində.

Əlipənah xəyallanır, fikir dünyasında uşaqlıq çağ­larına qayıdır. Gözünü qıyıb əlindəki iri saqqa ilə aşıq­ların cərgəsini tuşladığı, dirədöymə oynayarkən belin­dəki enli qayışla tay-tuşlarını dəyirmi cızıqda hərim-hə­rim hərlədiyi, Novruz bayramı gələndə anasının so­ğan qabığının suyunda boyadığı yumurtalardan qatar qoyduğu illərə…

Çinarla qoşa dayananda elə bil həmin o illərinə dö­nür. İtirdiyi gəncliyini tapır, uşaqlığına qayıdır. Fikrən yenə də yüngülləşir, yüyürür, yıxılır, yerə dəyən diz­lə­ri­nin ağrısını duymur, dirsəyinin siyrilməsini hiss etmir, yoruldum demir, dinclik bilmir.

Yenə də... İti bıçağı ilə yoğun gövdəsində silinməz iz­lər qoyduğu "həmdəmi" ilə yanaşı dayanıb. Əlipənah kişi tənha quşun barəsində xeyli danışdı. Sonra o, de­mi­sinə qullab vuraraq:

- İkinci kərədir ki, bu cür hadisənin şahidi oluram, - dedi və aramla sözünə davam etdi. - Özümü bağışlaya bilmirəm. Onda on yaşım olardı, ya da olmazdı. Ağac­lar təzə pöhrələyirdi. Quşların yuva quran vaxtı idi. Qonşumuzun dəcəl-xata uşaqları məni başdan çıxartdı. Əlimiz dinc durmadı. Bu çinara dırmaşdıq. Leyləklərin yumurtasının birini çırpışdırdıq. Yerinə qarğa yumurtası qoyduq. Sonra xəlvət bir küncə çəkildik. Quşların gəlişini gözlədik. Leyləklər qayıtdılar. Yuvalarının üstünə qondular. Gözləri yad yumurtaya sataşanda xeyli tərəddüd etdilər. Onların arasında bir soyuqluq duydum. Ata leylək ikrahla kənara çəkildi. Sonra küskün, qəzəbli halda havaya qalxdı. Elə o gedən idi, qayıtmadı. Ana leylək tək qaldı. Yetim oldu. Yuvasının kənarında vurnuxdu...

Həftə tamam oldu. Yad yumurta olan yuvasına səmtimədi. Sanki ata quşun şübhəsini duymuşdu. Özünü təqsirkar kimi aparırdı. Suçlu kimi görünürdü. Bəlkə də günahsız günahını yumaq üçün bir fürsət axtarırdı.

Elə də oldu. Çiskinli bir gün ana quş qəmgin-­qəmgin səmaya qalxdı. Qəsəbənin göylərini dolandı. Birdən qanadlarını yanına qısıb üzüaşağı şığıdı. Birbaş qonşumuz Əsmərin həyətində alovlanan qızmar təndirin içinə... Ana leylək bax, beləcə özünü həlak et­di. Tüstüsü ərşə dirəndi. Bir ovuc külü qaldı.

Əlipənah kişi sözünə ara verdi. Onun köksü enib-qalxdı:

- Bu da ikinci macəra, - dedi.

Əlipənah kişi çinara baxdıqca elə bil onun qırçınlı yarpaqlarına, əyri-üyrü qol-budaqlarına həkk olunmuş gənclik hekayətlərini oxuyurdu. Elə bil tərk olunmuş uçuq yuvalarda keçirdiyi həyatının uğurlu, uğursuz səhifələrini vərəqləyirdi...

Bloqer Hüseyn Həsənov yenidən axtarışa verildi Musson küləkləri - Orxan Cuvarlının yeni hekayəsi “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası baş tutdu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see683

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see312

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see291

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see218

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see216

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see212

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see198

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see195

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see187

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see183

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see179

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see179

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see172

Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

25 İyul 2026 05:21see165

Neft kəskin ucuzlaşdı

25 İyul 2026 09:40see165

Dırnaqlardakı 5 dəyişiklik bu xəstəliklərin əlamətidir

25 İyul 2026 02:01see162

Nigar Camal “Dream Fest”də diqqət çəkdi VİDEO

25 İyul 2026 01:35see162

Yumurtanın köhnə olduğunu belə bilmək olar

25 İyul 2026 01:19see159

Yayda ən çox edilən səhv Kondisionerin yaratdığı təhlükələr

25 İyul 2026 04:04see158

Bank sistemini bu iki adam idarə edirdi… “Turanbank”la bağlı yeni çağırış

25 İyul 2026 09:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri