Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə” başlığı Türkiyədə sürətlə yayılmaqdadır Güngör Yavuzaslanla SÖHBƏT

“Terrorsuz Türkiyə” başlığı Türkiyədə sürətlə yayılmaqdadır Güngör Yavuzaslanla SÖHBƏT

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ölkənin uzun illərdir mübarizə apardığı terror təşkilatının lideri Abdullah Öcalanın silahı yerə qoyub, təşkilatını ləğv etmək çağırışı Türkiyədə böyük əks-səda doğurdu. Xüsusilə, Dövlət Baxçalının Xalq İttifaqı daxilindəki çağırışları və prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatları bu mövzunun daha da aktuallaşmasına səbəb oldu. Bu cür mürəkkəb və qızğın gündəmdə, gözlənilən dəyişikliklərin nələr olacağı barədə ekspertlər arasında fərqli fikirlər olsa da, bir çoxları bu prosesin Türkiyə üçün əhəmiyyətli bir dönüş nöqtəsi ola biləcəyini qeyd edirlər.


Türk siyasi şərhçi Güngör Yavuzaslan bu çağırışın ölkənin içində və xaricində necə qarşılanacağı, onun iqtisadi, siyasi və regional təsirləri və bir sıra digər mühim məsələlər barəsində Sherg.az-ın suallarını cavablayıb:


-Təşkilat liderinin silahı yerə qoyub, təşkilatı ləğv etmək çağırışından sonra Türkiyədəki siyasi və sosial vəziyyətin necə dəyişdiyini düşünürsünüz?

-“Terrorsuz Türkiyə” başlığı Türkiyədə sürətlə yayılmaqdadır. Təşkilat liderinin silahı yerə qoyub, təşkilatı ləğv etmək çağırışından sonra Türkiyədə gündəm çox sürətlə dəyişdi.


-Bu çağırış niyə gəldi?

-Bu gözlənilən çağırış, Dövlət Baxçalının Xalq İttifaqı daxilindəki təşkilatın silahı yerə qoyma və dağıtma çağırışından və prezident Ərdoğanın “Xalq ittifaqı layihəsi” bəyanatından sonra gəldi. 

Fərqli perspektivlərə baxmayaraq, bu, Türkiyə Cümhuriyyətinin terrorla mübarizədəki uğurudur.  Dövlət terror liderini diz çökməyə məcbur edib. Burada prezidentimiz Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının Xalq Alyansı üçün irəli sürdüyü siyasi iradə və siyasi mövqe təsirli oldu.


-Təşkilat silahlarını yerə qoyacaqmı?

-İraq və Suriyadakı terror təşkilatı hələlik silahlarını yerə qoyacaqları ilə bağlı mövqe ortaya qoymayıb. 

Təşkilat lideri isə konqres keçirməkdən və silahı buraxmaq barədə qərar qəbul etməkdən danışır. 


-Bunun təsirləri nə olacaq?

-Təbii ki, bunun iqtisadiyyata, regional və qlobal təsirləri olacaq. PKK ən uzun müddətdir fəaliyyət göstərən terror təşkilatlarından biridir. O bir çox ölkələrdə fəaliyyətdədir.


-Təşkilat qurultayı çağıracaqmı? 

-Gündəm çox qızğındır. PKK-nın Suriya qolu bu çağırışın onlara edilmədiyini və onların PKK deyil, YPG olduğunu bildirir. Bu baxımdan Suriyadan heç bir müsbət yanaşma olmayacaq. Biz faktiki qurultayın verəcəyi qərara baxmalıyıq.


-Dövlət Baxçalının səhhəti ilə bağlı MHP-də onu başqa bir şəxs əvəz edə bilərmi? Bəs bu barədə nə düşünürsünüz? 

-Dövlət Baxçalı səhhətindəki problemlə əlaqədar əməliyyat olunub və evdə dincəlir. Onun sağlamlıq durumu ilə bağlı xəbərlərə baxdığımızda trol hesablarının və xüsusən də FETÖ hesablarının yanlış məlumatlar yaydıqlarını görürük. Əməkdaşımız bir neçə gün əvvəl onunla telefon danışığı etdi. D.Baxçalı səhhətinin və vəziyyətinin yaxşı olduğunu təsdiqlədi. Nə qədər ki, MHP-də Dövlət Baxçalı kimi xarizmatik lider var, onun yerinə başqasının keçməsinin asan alternativi heç vaxt gündəmdə olmayacaq. Düşünürəm ki, Dövlət bəy tezliklə Ramazan ayında MHP-nin qərargahında toplantıya başlayacaq.


-İmamoğlunun diplom araşdırması, partiyası və prezidentliyə namizədliyi prosesi barəsində nə düşünürsünüz?

-Bu, həqiqətən də xaotik, naməlum və 4 məhkəmə prosesini özündə birləşdirən bir prosesdir. İmamoğlunun prezidentliyə namizəd olub-olmayacağını hüquqi prosesin aydınlaşdırılması müəyyənləşdirəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri