Icma.az
close
up
RU
Terrorun və çevrilişlərin maliyyələşdirilməsi...

Terrorun və çevrilişlərin maliyyələşdirilməsi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

USAID-in xarici ölkələrdəki fəaliyyəti araşdırılır

USAID-in layihələrinin dayandırılmasının ardından başlanan proses davam etməkdədir. Artıq ABŞ hakimiyyəti açıq kontekstdə qurumun qanunsuz əməlləri ilə bağlı çıxışlar edir, açıqlamalar verirlər. ABŞ dövlət katibi Marko Rubio USAID-in fəaliyyətindən narahat olduqlarını, onların müstəqil şəkildə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadıqlarını vurğulayıb. Dövlət katibi sözügedən təşkilatın xalqın vergiləri hesabına əldə etdiyi gəlirlə kimləri maliyyələşdirdiklərini, nə qədər vəsait ayırdıqlarını, podratçılarının kim olduğunu gizlətdiklərini bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsası olmadığı və fəaliyyətini dayandırması barədə bildirişi ABŞ tərəfinə rəsmən göndərib. Bəzi KİV orqanları USAID-in Azərbaycandakı fəaliyyətini dayandırıb-dayandırmamasını öyrənmək üçün təşkilatın ofisində olublar - bildirilib ki, bir aydır ofisə USAID-in əməkdaşlarından heç kim gəlmir.

Pauerin sərvəti 23,3 milyon dollar artıb

Qurumun baş inspektoru isə dərc olunan tənqidi hesabatın ardından vəzifəsindən azad edilib. CNN-in məlumatına görə, hesabatda Tramp administrasiyasının USAID  işçilərinin sayını kəskin şəkildə azaltmasının mənfi nəticələri ətraflı təsvir olunub. Bununla belə, agentliyin keçmiş baş inspektoru Pol Martinin aldığı işdən çıxarılma məktubunda onun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Qeyd edək ki, USAID tərəfindən maliyyələşdirilən layihələr açıqlanıb və bəlli olub ki, qurum xüsusilə transgender təbliğatına və terrora yönəlik fəaliyyətə maliyyə istiqamətləndirib.

Bu arada USAID-in sabiq rəhbəri Samanta Pauerin sərvəti açıqlanıb. Bildirilib ki, Pauer öz pullarını son üç ildə 23,3 milyon dollar artırıb. Bunu “X” səhifəsində sahibkar Mario Nafal bildirib - o, həmçinin qurum rəhbərinin maaşının ildə 180 min dollar olduğunu deyib. Qeyd edək ki, 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.

USAID-in ardınca...

Qeyd edək ki, USAID ilə başlanan prosesin davamınıın da olacağı gözlənilir. Belə ki, bir müddət əvvəl Tramp komandasının ən fəal üzvü sayılan İlon Mask ABŞ-ın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi - Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini bildirmişdi. “Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”, - deyə o qeyd etmişdi.  Xatırladaq ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.  Bu mənada yeni mərhələdə onların da maliyyəsi dayandırıla bilər. Tramp  administrasiyası “The New York Times”, “NBC News”, “NPR” və “Politico”ya xəbərdarlıq edib - fevralın 14-dək Pentaqondakı ofislər boşaldılmalıdır, onların yerini isə mühafizəkar və ifrat sağçı nəşrlər tutmalıdır: “The Times”, “One America News”, “Breitbart News” və “HuffPost”. Bir müddət öncə ABŞ-ın keçmiş milli kəşfiyyat “şefi” Rik Qrenell də “Amerikanın səsi” və “Azadlıq Radiosu”nun qərəzli olduğunu bildirmiş, bu media platformalarının radikal solçuların meydanına çevrildiyini iddia etmişdi.

Qeyd edək ki, bəzi siyasi ekspertlər USAID-in ardınca bu informasiya vasitələrinin də fəaliyyətinin dayandırılmasını dünyada rəngli inqilablar dövrünün başa çatması kimi dəyərləndirirlər.

USAID hansı ölkələrdə inqilablar planlaşdırıb?

Ortadakı iddialar isə öz təsdiqini tapmaqdadır - belə ki, USAID-in xarici ölkələrdə rəngli inqilabları, çevrilişləri maliyyələşdirməsi ilə bağlı xəbərlər ard-arda yayılmaqdadır. Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uzaqlaşdırmaq üçün təxminən 3 milyard avro ayırdığını bildirib. “Mənim devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə, həqiqətən heyrətləndim. Son 10 ildə xaricdən 1,5 milyard qoyulduğunu düşünürdüm. Hesablamağa başlayanda isə 3 milyard avro alındı”.

Vuçiç əlavə edib ki, Serbiyada “sülh aksiyaları”nı maliyyələşdirən təşkilatlar arasında USAID-in qrant ayırdığı fond da olub. “Məsələn, “Trag” adlı fond 28 milyon avro alıb, siz heç onun haqqında eşitmisiniz?”, - deyə Vuçiç bildirib.

Slovakiyanın baş naziri Robert Fitso isə İlon Maska məktub göndərərək, USAID-in “ləğv edilməsi”nə görə təşəkkürünü bildirib. Slovakiya hökumətinin başçısı bu addımın vacibliyini qeyd edib və milyarderdən “faydalı” təşəbbüsləri, onun fikrincə, ölkənin daxili proseslərinə kobud müdaxilə təşkil edən təşəbbüslərdən ayırmağa kömək etməsini istəyib.

USAID-in “qara” fəaliyyəti ilə bağlı Venesualadan da mühüm xəbərlər yayılmaqdadır. Belə ki, sağçı müxalifət USAID-dən aldığı maliyyə vəsaitlərindən Venesuela hökumətinə qarşı çevriliş cəhdi üçün istifadə edib. Bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Vilyam Saab “Cable a Tierra” radiosuna müsahibəsində bildirib. “Venesuelanın USAID-dən pul alan sağçı ekstremistləri qanuni hökuməti devirmək məqsədilə bu vəsaitlərdən istifadə etdiklərinə görə istintaq altındadırlar”, - deyə Saab qeyd edib.

O bildirib ki, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID vəsaitlərindən qanunsuz istifadəyə imkan verən korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparılır. Saab həmçinin qeyd edib ki, 2023-cü ildə “Interpol”a Quaydo və onun əlaltılarının “aktivlərin oğurlanması, hakimiyyətin qəsb edilməsi, sui-qəsd, terror aktlarına yardım, xəyanət” ittihamları ilə həbs edilməsi və Venesuela ədalət mühakiməsinə təhvil verilməsi üçün sorğu göndərilib.

Terrorun maliyyələşdirilməsi

Əsas məsələlərdən biri isə USAID-in terror qrupları ilə sıx əlaqələridir.  Qeyd edək ki, Ağ Evin dərc olunan USAID tərəfindən maliyyələşdirilən bəzi layihələrinin siyahısında məhz terrorçulara istiqamətlənən “xərclər” yer alıb. Məsələn, Əfqanıstanda suvarma kanallarının yaradılması və gübrə alınması məsələsinə ayrılan pulların daha çox narkotik istehsalına yardım etməsi heç kimdə şübhə oyatmır. Eləcə də “Əl-Qaidə” üzvləri üçün 100 min porsiya yemək təmin edilməsinə ayrılan pullar birmənalı qarşılana bilməz.

Son məlumata görə isə, USAID tərəfindən göndərilən humanitar yardım Livanda “Hizbullah”ın silah anbarında tapılıb. “The New York Post” İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusuna istinadən məlumat verib. Bundan başqa, USAID “Əl-Qaidə”nin gələcək liderini maliyyələşdirməkdə şübhəli bilinir.

Kanadalı jurnalist Ketrin Herric “X” sosial şəbəkəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Əl-Qaidə”nin gələcək lideri Ənvər əl-Avlakinin kollec təhsili üçün tam şəkildə ödədiyi ödəniş qaiməsinin fotoşəklini yayıb. Qeyd olunur ki, həmin şəxs ABŞ kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinirdi. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-ın pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində öldürülüb.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri