Icma.az
close
up
RU
Tərtəmiz, pak qadınam, nə var nə var “TikTok”da direl zad demişəm

Tərtəmiz, pak qadınam, nə var nə var “TikTok”da direl zad demişəm

Icma.az, Olke.az saytına istinadən bildirir.

Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəmə istintaqı başlayıb.

Ölkə.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib. 

İlhamə Elşadqızının zala daxil olan kimi ilk sözü “mənim günahım yoxdur, özüm də sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab-zad da yeyə bilmirəm”, - deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib

İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib: “Mən Azərbaycan qadınıyam. Bundan əlavə, şairəm. Allah mənə ikiqat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başımda qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm. Mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…

Bahar vaxtıdır, indi mənim yazıb-yaradan vaxtımdır. Götürüb salıblar Kürdəxanıya həbsə… Belə narkoman olar? Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib (4 misra şeir deyir-red). Mən tərtəmiz, pak qadınam. Nə var-nə var “TikTok”da direl-zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri