“Tərtəmiz reputasiyaya malik məmurlar niyə qəfildən iftiralara tuş gəlsin ki?”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan hazırda elə bir həssas dönəmə qədəm qoyub ki, bu məqamda, ələlxüsus, Zəngəzur dəhlizinin açılışına və təməlli sülhün (yekun müqavilə formatında) bərqərar olmasına çox az müddətin qaldığı ərəfədə milli birlik və həmrəylik bütün qüvvələr üçün qaçılmaz prioritetə çevirilməlidir.
Niyə 2 hadisəni xüsusi vurğuladım? Çünki Qarabağın işğaldan azad olunması kimi mühüm missiyanın tamamlanmasından və bölgədə quruculuq işlərinin başlanmasından sonra dövlətin qarşısında duran ən mühüm vəzifə məhz onlardır. Və məlum hədəfə doğru irəlilədiyimiz, irəliləyəcəyimiz sürəcdə də əlbət, eyni zamanda çox təəssüf ki, bir sıra təxribatları dəf etmək məcburiyyətində qalacağıq.
Ayrıca, son günlər o qədər hadisə paralel və ardıcıl formada baş verir ki, adam hansının təxribat, hansının təsadüf olduğunu anlamaqda həqiqətən çətinlik çəkir.
Məsələn, 2 gün öncə Kiyevdəki səfirliyimizə “İsgəndər” atıldı və...Beynəlxalq hüquq normalarına görə də səfirliyin yerləşdiyi ərazi həmin səfirliyin mənsub olduğu ölkənin hüdudu hesab edilir. Yəni, raket birbaşa bizə tuşlandı. Fəqət, o boyda olayın, təhlükənin yaşanmasına, o boyda notanın verilməsinə rəğmən hələ də Rusiya tərəfindən bir normal açıqlama, izah yoxdur.
Təbii, lap bədəbəddə deyəcəklər, təsadüfdür.
Amma təsadüfün bu qədəri mümkündürmü?!
2022-nin martında Xakovdakı Fəxri Konsulluğumuza aviazərbə vurulur – təsadüf.
2024-ün yanvarında yenə də səfirliyə “Kinjal” atılır – təsadüf.
2025-in avqustunda “SOCAR”ın bazasına dron hücumu edilir – təsadüf.
Təyyarə partladılır – təsadüf...
Siz bəlkə Ukrayna ilə müharibəni də “təsadüfən” aparırsız, sadəcə beynəlxalq ictimaiyyətin xəbəri yoxdur?!
Digər məsələ: Axır vaxtlar diqqət etmisinizsə, siyasi sektordakı radikalların və “söyüş müxalifəti” adlandırdığımız kəsimin aktivliyi nəzərəçarpan səviyyədədir. Üstəlik, məlum icraat artıq əvvəlkindən fərqli olaraq bir tək “məxsusi sifarişlər” deyil, həm də “feyk tezislər” üzərindən reallaşdırılır. Yəni, ilk əvvəl konkret adlar şəbəkəyə ötürülür, daha sonra həmin adlar ətrafında saxta hekayələr uydurulur (fakt kimi təqdim olunur) və ən axırda da “hazır məhsul” sosial şəbəkələrə transfer olunur.
Üslub isə təxminən, Xədicə İsmayılın bir zamanlar bünövrəsini qoyduğu “Araşdırmaçı Jurnalistlər Birliyi”nin üslubudur və hədəfə düşənlər də ya dövlətin onurğa sütununu təşkil edən və ən yaxşı işləyən nazirliklər, təşkilatlar, təsisatlardır, ya da ölkəsi, Prezidenti üçün canından keçməyə hazır olan ən aktiv insanlar və siyasətçilər.
Əlqərəz, bir passivlə, bir mürgü vuranla, bir yatağanla kimsənin işi yoxdur! Və məqsəd, məram da ona hesablanıb ki, ən üzdə olanlar, ən sadiqlər çıxdaş edilsin, sıradan çıxarılsın, gözdən salınsın.
Yoxsa;
Azərbaycan Polisi niyə davamlı olaraq həmin qüvvələrin təzyiqinə məruz qalsın ki? Təhlükəsizlik Xidməti niyə həmin ünsürlərin verilişlərində daimi hədəf olsun ki? Prezidentin Mühafizə Xidməti niyə bunların dilindən düşməsin ki? Ceyhun Bayramov, Adil Kərimli kimi tərtəmiz reputasiyaya malik, dürüst, vətənpərvər məmurlar niyə qəfildən anti-Azərbaycan koalisiyasının böhtanlarına, iftiralarına tuş gəlsin ki?
Əlbət, sifarişdir! Həm də birmənalı!
Və mən bunu tam əminliklə deyirəm: Həmin sifariş(lər)i daxildən də, xaricdən də verənlər artıq hüquq - mühafizə orqanlarına çoxdan bəllidir və belələrinin publik ifşası, inanın, çox gecikməyəcək.
Ən sonda.
Adnan və Ramiz söhbətindən sonra bəzi qüvvələr düşünürdü ki, ortalıq qarışmışkən, sosial şəbəkələr xaosa bürünmüşkən biz də bu fürsətdən bəhrələnək və kimlə problemimiz, şəxsi ədavətimiz varsa qulağından bir şapalaq vuraq getsin.
Amma yenə yanıldılar.
Çünki düşündükləri və zənn etdikləri sadəcə onların düşündüyü və zənn etdiyi idi.
Çünki Azərbaycanda 93-dən sonra heç zaman xaos olmayıb və olmayacaq.
Çünki Dövlət yerindədir. Hər şey nəzarətdədir. Təməl prinsiplər pozulmayıb.
Nəhayət;
Çünki, məlum proses bir çoxlarının iç üzünü açmaq, bütün (irili - xırdalı) xəyanətkarları girdikləri dəlikdən çıxarmaq, kimin hara “işlədiyini” ayırd etmək baxımından son dərəcə əhəmiyyətli rol oynadı və bu minvalla...Zəngəzura, təməlli sülhə gedən yolumuzu daha da aydınlatdı...
Tanrı Azərbaycanımızı, dəyərli Prezidentimizi və bütün vətənsevərləri qorusun!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















