Bakı Musiqi Akademiyasında Səsimiz səsindir, Humay yaradıcılıq xeyriyyə axşamı keçirilib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakı Musiqi Akademiyasında "Səsimiz səsindir, Humay!" adlı yaradıcılıq-xeyriyyə axşamı keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Huma Quşu" Təhsilə Yardım Fondunun təşkil etdiyi tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıqla başlayıb.
Sonra fondun prezidenti Șəhla Vəzirova çıxış edib.
O, fondun fəaliyyətindən söz açaraq qeyd edib ki, qurumun üç illik fəaliyyəti dövründə 209 min manat məbləğində vəsait müxtəlif xeyriyyə işlərinə, eləcə də gənclərin təhsilinə xərclənib:
"Fond il ərzində 59 min manat ianə alıb. Hazırda doqquz müxtəlif proqram üzrə işləyirik. Bu ildən etibarən mentorluq proqramını işə salmışıq. Biz fəaliyyətimiz çərçivəsində tələbələrə bir dəfə təqaüd verməklə kifayətlənmirik, onlarla mütəmadi əlaqə saxlayır, ehtiyaclarını öyrənirik, mentor lazım olduqda onlara yönləndiririk".
Fondun prezidenti təqaüd proqramları ilə yanaşı, mütəmadi seminarlar təşkil etdiklərini də diqqətə çatdırıb:
"Bu seminarlar, əsasən, maliyyə savadlılığı haqqında olur, yəni gənclərə həm də pulu necə xərcləməyi öyrədirik. Bizim önəmli proqramlarımızdan biri isə imkanı olmayan, ADA Universitetində təhsil almaq istəyən gənclər üçündür. Bu il həmin müsabiqəni üç xanım qazandı, onlardan ikisi kənd məktəbində müəllim işləyir. Noyabrın 1-dən "Humayın xəyaldan gerçəyə" təqaüd proqramını açıq elan etmişik. Ehtiyacı olan tələbələr həmin proqrama da müraciət edə bilərlər".
Daha sonra Qarabağ Muğam Qrupu və Muğam televiziya müsabiqəsinin qaliblərinin ifasında konsert proqramı baş tutub.
Qeyd edək ki, fond keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin mərhum qızı Humay Quliyevanın xatirəsini yaşatmaq üçün yaradılıb.
Fondun üç illik fəaliyyət dövrü ərzində həyata keçirdiyi proqramlar çərçivəsində 45 tələbənin təhsilinə dəstək verilib. Bugünkü xeyriyyə axşamının bilet və rəsmlərinin satışından əldə edilən vəsaitin də aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə dəstək məqsədilə istifadəsi nəzərdə tutulub. Bu səbəbdən xeyriyyə axşamında səhnəyə çıxan bütün sənətçilər, Xalq və Əməkdar artistlər, gənc ifaçılar təmənnasız çıxış ediblər. Konsert salonu da Bakı Musiqi Akademiyası tərəfindən pulsuz təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Noyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















