Icma.az
close
up
RU
Tərtər sakinləri: “Nağıllarda oxuyurduq ki, “əjdaha suyun qarşısını kəsir”, indi bunu həyatımızda yaşayırıq”

Tərtər sakinləri: “Nağıllarda oxuyurduq ki, “əjdaha suyun qarşısını kəsir”, indi bunu həyatımızda yaşayırıq”

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yayda xüsusən bölgələrdə yaşayanların ən çox əziyyət çəkdiyi problemlərdən biri su çatışmazlığıyla bağlıdır. Əhali həm içməli su, həm də təsərrüfatda istifadə olunan, əkin sahələrini suvarmaq üçün su sarıdan ciddi problemlər yaşayır.

Bizimyol.info xəbər verir ki, belə şikayətlər bu dəfə Tərtərin kəndlərindən gəlib. Kənd sakinləri şikayətlərində bildirirlər ki, onlara su gəlib çatmır.

“Nağıllarda oxuyurduq ki, “əjdaha suyun qarşısını kəsir”, biz isə bunu öz həyatımızda yaşayırıq. Bizim kəndlərə su gəlib çatmır, yolda müxtəlif maneələrlə qarşısı kəsilir. Daha doğrusu, başqa yerlərə yönləndirilir. Bizim əkinlərimiz də yayın istisində yanır. Belə zülm olmaz axı”, - deyə Tərtər sakinləri şikayətlənir.

Narazılar əsasən Qaynaq, Qazyan və s. kəndlərin sakinləridir.

Rayon sakini Arif Paşayev Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsini ittiham edir. Onun sözlərinə görə, bu sahədə çox ciddi problemlər var və uzun müddətdir deyilir, dövlət orqanlarına şikayətlər göndərilir. Lakin heç bir tədbir görülmür. Nəticədə problemlər daha da dərinləşir: “Əziyyət çəkən də çarəsiz sakinlər olur. Hamı bilir ki, bölgələrdə vəziyyət çətindir, adamlar mal-heyvan və əkinçiliklə birtəhər dolanır. Bu baxımdan su çox vacibdir. Amma rayonda sahələrə su düzgün paylanmır. Bir çox kəndlərin sakinləri su tapmır, əvəzində pullu ferma sahibləri var ki, onlar üçün əlavə kənar xətlər qoşulur. Başqa yeyintilər də aşkarlanıb, bunları aidiyyəti üzrə xəbər vermişik”.

Arif Paşayev qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib, üzə çıxarılan faktları göndərib. Lakin tədbir görülməyib.

Tərtər Rayon İcra Hakimiyyətindən də bir neçə kənddə sakinlərin su problemi olduğu təsdiqlənib. Bildirilib ki, icra başçısının keçirdiyi qəbul zamanı Qaynaq, Qazyan və Yuxarı Qapanlı kənd sakinləri Təley arxının Qaraağacı kəndi ərazisindən keçən hissəsində suyun qarşısında qanunsuz bəndlər yaradılaraq, suyun adları qeyd olunan kəndlərə verilməsinə maneçilik törədilməsindən şikayətlənib. Kənd sakinləri bu problemlə əlaqədar müvafiq tədbir görülməsini xahiş edib:

“Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə başçının birinci müavini Elvin Umudov, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, rayon Polis Şöbəsinin əməkdaşları, aidiyyəti şəxslər və kənd sakinləri ilə birlikdə qeyd olunan əraziyə baxış keçirib. Yaradılmış suni bəndlər dağıdılıb, kəndlərə suyun normaya uyğun verilməsi təmin olunub”.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri