Tərtərdə sürücü yolu bağladı Polis tapıb cəzalandırdı FOTO VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, yolların təmiz saxlanılması və hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır.



