Icma.az
close
up
RU
Təsadüfən hesabına milyonlar köçdü, nitqi qurudu

Təsadüfən hesabına milyonlar köçdü, nitqi qurudu

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən həyat sürprizlərlə təəccübləndirə bilir. Elə Kırıkkale sakini 34 yaşlı Adem Gürlerin başına gələn xoş təsadüf kimi. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Adem dostunun ona göndərdiyi 6 750 lirəni (270 AZN) görmək üçün bank hesabına daxil olub.  

Lakin o hesabına köçürülən pulu görəndə gözlərinə inanmayıb, nitqi quruyub. Belə ki, onun bank hesabına nə az, nə də çox düz 55 milyon lirə (2,200,000 AZN) pul köçürülüb. Sözügedən məbləğin kim və ya kimlər tərəfindən köçürüldüyü bəlli deyil.

Maraqlısı budur ki, Adem Gürler başına gələn hadisəninin şokunda olub, o ilk əvvəl pulu 55 min lirə olduğunu düşünüb.

"Hesabımda pulu görəndə həyat bitdi, xəyallar həqiqətən başladı" - deyən Adem çox keçmədən xəyallarına son qoyub.  O, bankla əlaqə saxlayıb, başına gələn hadisədən xəbər verib. Bunun fonunda kişinin hesabı bloklanıb.

Hesablarının bloklandığını və heç bir əməliyyat edə bilmədiyini bildirən Gürler, "Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) müsadirə etdiyi üçün bank heç nə edə bilmədi. Deməli, belə ilişib qalmışam. Hazırda bank hesabımdan istifadə edə bilmirəm. İstəyirəm ki, dövlət məmurlarım heç olmasa baxsınlar, bu pulu kim göndərib, hardan veriblər, həqiqətən mənə veriblər?!.  Mən bunu qanunla həll etmək istəyirəm, mənim hesabımdan istifadə edə bilmirəm. Mən sadəcə fəhləyəm". 

Buna baxmayaraq, hesabında milyonları olan Adem dünyanın ən şanslı insanı olduğunu bildirib.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri