“Tesla” bu qədər avtomobili geri çağırır
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-də faraların işıqları ilə bağlı problem səbəbindən təxminən 6 200 avtomobili geri çağırır.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Bildirilib ki, “Cybertruck” model avtomobillərdəki lampa düşərək digər nəqliyyat vasitələri üçün təhlükə yarada bilər.
Açıqlamada “Tesla” şirkətinin həmin problemli hissəyə əlavə mexaniki birləşmə detalı əlavə edəcəyi və ya lampanı pulsuz olaraq dəyişdirəcəyi qeyd edilib.
Baxış sayı:99
Bu xəbər 30 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















