Tesla Çindəki biznesini sata bilər
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin elektromobil istehsalçısı Tesla Çindəki bölməsini sata və ya onu ayrıca struktur kimi ayıra bilər.
Moderator.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu addım Tesla şirkətinin SpaceX ilə birləşməsinə hazırlıqla əlaqəli ola bilər. Hər iki şirkətə amerikalı sahibkar İlon Mask rəhbərlik edir.
Nəşrin qeyd etdiyi kimi, Mask Tesla-nın fəaliyyətini elə qurub ki, şirkətin Çin və ABŞ hissələri arasında aydın sərhəd olsun. Bununla o, Vaşinqton və Pekin arasında geosiyasi qarşıdurmanın kəskinləşəcəyi təqdirdə şirkəti mümkün risklərdən qorumağı nəzərdə tutub.
Qəzet xatırladıb ki, SpaceX ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) əsas podratçılarından biridir və bu, şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. İki şirkətin birləşməsi halında Tesla-nın Çin bölməsinin ümumi strukturdan ayrılması mümkün maraqlar toqquşmasının və tənzimləyici risklərin qarşısını almağa imkan verə bilər. /report/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 İyul 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















