Icma.az
close
up
RU
İlon Maska Çin zərbəsi Tesla batır

İlon Maska Çin zərbəsi Tesla batır

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tribunainfo.az xəbər verir ki, ABŞ və Çin arasında ticarət müharibəsi yeni mərhələyə keçərkən, Tesla gözlənilməz bir zərbə ilə qarşılaşıb. Tesla-nın sahibi İlon Mask rəhbərlik etdiyi avtomobil nəhəngi Model S və Model X modellərinin Çində yeni sifarişlərini dayandırmaq məcburiyyətində qalıb. Bu addım ABŞ-Çin ticarət qarşıdurmasının birbaşa nəticəsi olaraq qiymətləndirilir.

Çindəki rəsmi Tesla veb saytında və WeChat mini tətbiqində artıq bu iki model üçün sifariş bölməsi deaktiv edilib. Bu isə o deməkdir ki, İlon Mask-ın “dünyanı dəyişdirəcək” brendi, dünyanın ən böyük bazarlarından birində ciddi məhdudiyyətlə üzləşib.

Müşahidəçilər bu vəziyyəti asimmetrik bir zərbə kimi qiymətləndirirlər. Çünki Mask və ABŞ Prezidenti Tramp, “Amerika üçün yaxşılıq” iddiası ilə ticarət savaşını başladılar, lakin nəticədə öz ayaqları altına mina döşədilər. Tramp administrasiyasının Çin mallarına qarşı tətbiq etdiyi 145%-lik tariflərə cavab olaraq, Çin də ABŞ istehsalı olan mallara – o cümlədən Tesla avtomobillərinə 125%-lik tarif tətbiq etdi.

Bu geosiyasi və iqtisadi zərbə ilk növbədə İlon Mask-ın şəxsi ambisiyalarına və texnoloji liderlik imicinə də ciddi xələl gətirib. Tesla-nın Şanxaydakı zavodu hələlik yerli istehsal olan Model 3 və Model Y ilə fəaliyyətini davam etdirir, lakin yüksək seqmentdə olan Model S və X-lər üçün Çin bazarı faktiki olaraq bağlanıb.

Üstəlik, mart ayında Tesla-nın Çindəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalıb. Analitiklər qeyd edirlər ki, Model S və X artıq köhnəlmiş hesab olunur və Çin bazarında rəqabət qabiliyyətini itirib.

Bu inkişaflar həm də Mask-ın Trampla eyni cəbhədə yer almasından sonra yaranan strateji ziddiyyətlərin və diplomatik yanlışlıqların nəticəsidir. İndi isə görünür ki, “Amerika üçün” şüarı ilə yola çıxanlar – ən ağır zərbəni öz bizneslərinə endirirlər.

İlon Mask üçün Çin bazarında vəziyyət getdikcə daha çətin bir sınağa çevrilir. Növbəti addımlar Tesla-nın qlobal strategiyasını yenidən formalaşdıracaq. Amma sual budur: bu gedişdən sonra Mask nə qədər itirəcək?

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri