Icma.az
close
up
RU
Tesla uzun müddətdir gözlənilən modelin istehsalına başladı: Bazara nə vaxt çıxacaq?

Tesla uzun müddətdir gözlənilən modelin istehsalına başladı: Bazara nə vaxt çıxacaq?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Tesla" avtomobil nəhənginin baş direktoru İlon Mask bildirib ki, şirkət büdcə modelində yeni bir avtomobil təqdim edəcək. Uzun müddətdir gözlənilən bu yenilik "Model Y" modelinə bənzəyəcək.

Qayanrinfo bu barədə "Business Insider"ə istinadən xəbər verir.

Mask model və buraxılış tarixi barədə ətraflı məlumat verməyib. Bununla belə, "Tesla"nın avtomobil inkişafı üzrə vitse-prezidenti Lars Moravi bildirib ki, şirkət yeni avtomobilin 2025-ci ilin dördüncü rübündə "hamı üçün əlçatan” olacağını gözləyir.

İlon Mask daha əvvəl qeyd etmişdi ki, daha çox insanın elektrik avtomobili sahibi olmasının "ən böyük maneəsi” onların bank hesabında onu almağa kifayət qədər pulun olmamasıdır: "Ola bilsin ki, problem istək yox, imkandır. Avtomobili nə qədər əlçatan edə bilsək, bir o qədər yaxşıdır".

Onun sözlərinə görə, avtomobilin özünüöyrənmə funksiyaları onu alıcılar üçün daha da əlçatan edəcək. Mask əmindir ki, "Tesla" müştəriləri avtomobillərini gələn il, ən azı ABŞ-da icarəyə verə biləcək və bu yolla gəlir əldə edəcəklər.

O, hələ yanvar ayında bəyan etmişdi ki, onun avtomobilləri ilin sonunadək ABŞ-ın bir neçə şəhərində tam avtonom idarəetmə ilə işləyəcək, 2026-cı ildə isə bu, böyük ehtimalla Şimali Amerikanın hər yerində mümkün olacaq.

"Tesla" ilk dəfə "Model Y"ni 2020-ci ildə təqdim etmişdi. 2024-cü ilin yanvarında isə yenilənmiş versiya Çin, ABŞ, Kanada, Böyük Britaniya və materik Avropasında satışa çıxarılıb. 2023-cü ildə "Model Y" dünyanın ən çox satılan avtomobilinə çevrilmişdi, lakin sonradan bu mövqeyini Çin rəqiblərinə uduzub.

"Tesla" analitikləri daha ucuz elektrik avtomobilinin istehsalının şirkətin ucuz Çin modelləri ilə mübarizədə mövqelərini möhkəmləndirəcəyini bildiriblər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri