“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Amerikanın “SpaceX” və “Tesla” şirkətləri dekabr ayında birləşmə barədə elan verə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, sahibkar İlon Maska məxsus iki şirkətin birləşməsi tarixdə ən böyük sövdələşmə ola bilər. Birləşmə nəticəsində elektrik avtomobilləri, enerji saxlama batareyaları, raketlər və süni intellekt texnologiyalarından istifadə edən peykləri əhatə edən iri şirkətlər qrupu yarana bilər.
Məlumata əsasən, hazırda işçi qruplar birləşmənin şərtlərini və yeni şirkətin idarəetmə strukturunu müzakirə edirlər.
Qeyd edək ki, İlon Mask daha əvvəl hər iki şirkətin mümkün birləşməsini müzakirə etdiyini bildirmiş və bu təşəbbüsə dəstəyini ifadə etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















