Icma.az
close
up
RU
Test imtahanları ləğv edilir? EKSPERT AÇIQLADI

Test imtahanları ləğv edilir? EKSPERT AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda onilliklərdir tətbiq olunan test üsulunun effektivliyi və gələcək taleyi yenidən geniş müzakirə mövzusuna çevrilib. Təhsil mütəxəssisləri kütləvi və fasiləsiz testləşmənin tədris keyfiyyətinə mənfi təsir göstərdiyini, bu metodun yalnız epizodik tətbiqinin daha faydalı olduğunu vurğulayırlar. Mövcud imtahan sisteminin yaxın gələcəkdə köklü dəyişikliklərə məruz qalması ehtimalı gündəmdədir.

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev SİA-ya açıqlamasında bildirib ki, hazırda təhsil sistemində imtahanların keçirilməsi zəruridir:

“Hər hansı bir müsabiqənin və ya prosesin nəticəsini müəyyən bir imtahandan yoxlamaq mümkündür. Lakin bütün tədris prosesini imtahanlara bağlamaq, imtahan xofu yaratmaq və imtahan yönümlülük formalaşdırmaq doğru yanaşma deyil. Bu, həm abituriyentlərdə, həm şagirdlərdə, həm də müəllimlərdə psixoloji təzyiq yaradır və təhsil mühitinə mənfi təsir göstərir. Azərbaycan təhsil sistemində ən böyük problemlərdən biri şagirdlərin və müəllimlərin imtahandan çəkinməsi, imtahan qorxusunun formalaşmasıdır. Hazırda həm imtahan yönümlülük, həm də imtahanın çətinləşdirilməsi prosesi mövcuddur. Bu vəziyyət ailələrdə də öz əksini tapır. Təxminən ailələrin yarısından çoxu 5-ci sinifdən etibarən uşaqlarını hazırlıq kurslarına və ya fərdi repetitor yanına göndərir. Repetitor fəaliyyəti qanunidir və bu, dünya təcrübəsində də geniş yayılmış praktika hesab olunur. Lakin problem, repetitorluğun yayğınlaşması ilə imtahandan qorxunun artırılmasıdır. Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul prosesi sadələşdirilib. Məsələn, Finlandiyada tələbələr orta məktəbdəki ümumi nəticələri və bitirmə göstəriciləri ilə universitetə qəbul olunur, xüsusi imtahan tələb olunmur. Almaniyada yalnız məktəb bitirmə imtahanının nəticəsi universitet qəbulunda əsas götürülür. ABŞ və Kanadada bəzi əyalətlərdə xüsusi qəbul imtahanı keçirilmir. Avropanın bir neçə ölkəsində də bu sistem rahat şəkildə tətbiq olunur. Azərbaycanda isə 5-6 fəndən universitetə qəbul üçün imtahan keçirilir. Bu imtahan 5-ci sinifdən 11-ci sinifə qədər bütün mövzuları əhatə edir. Şagird bu 6 siniflik proqramı bilmək məcburiyyətindədir ki, maksimal nəticə göstərsin. Bu vəziyyət uşaqların psixoloji və fiziki vəziyyətinə ciddi təsir edir. Bu yorğunluq və çətinlik uşaqların həyatına mənfi təsir göstərir. Bəzi uşaqlar isə musiqi və ya digər ixtisas sahələrində karyera qurmaq istəyir, amma imtahanda onlara riyaziyyatdan çətin suallar verilir. Bu, imtahan qorxusunun və test yönümlülüyünün yanlış bir anlayış olduğunu göstərir. İmtahan yönümlülüyü və testə fokuslanma məsələsinin tənzimlənməsi vacibdir. Müvafiq addımların atılması gənclərin psixoloji sağlamlığını qorumaq və təhsil prosesini səmərəli etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri