Icma.az
close
up
RU
Test imtahanlarından keçənlərin sertifikatlarının verilməsinə başlanıldı Yeni Çağ Media

Test imtahanlarından keçənlərin sertifikatlarının verilməsinə başlanıldı Yeni Çağ Media

Oktyabrın 27-də və noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilmiş test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, test imtahanlarında uğur qazanan və aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

– Noyabrın 3-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

– Oktyabrın 27-də və noyabrın 3-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə [email protected] ünvanına müraciət olunmalı və ərizəyə şəxsiyyəti təsdiqləyən sənədin surəti əlavə edilməlidir.

www.yenicag.az

seeBaxış sayı:88
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri