Test imtahanlarından keçənlərin sertifikatlarının verilməsinə başlanıldı
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Oktyabrın 27-də və noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilmiş test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.
Mərkəzdən "Unikal"a bildirilib ki, test imtahanlarında uğur qazanan və aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:
- Noyabrın 3-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;
- Oktyabrın 27-də və noyabrın 3-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə [email protected] ünvanına müraciət olunmalı və ərizəyə şəxsiyyəti təsdiqləyən sənədin surəti əlavə edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















