Təsviri sənət istiqamətinə aid qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
3, 1602 və 211-ci komissiyalar üzrə Lənkəran şəhərində qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, “imtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.


