Icma.az
close
up
RU
Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir ŞƏRH

Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərə giriş icazələrinin 2 gündən 5 günədək uzadılması ilk baxışda sadə texniki dəyişiklik kimi görünə bilər, amma əslində bu qərar bölgəyə səfərlərin daha planlı, rahat və məqsədəuyğun şəkildə həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Oğuz Mirzəyev bildirib.

O deyib ki, əvvəllər 2 gün müddətinə səfər icazəsi almış şəxslər tez qayıtmaq məcburiyyəti ilə üzləşirdilər. İndi isə insanlar Qarabağa tələsik və ötəri deyil, daha geniş zaman aralığında səfər edib, bölgəni dolğun şəkildə ziyarət edərək, bir neçə gün qala bilərlər. Beləliklə, bu səfərlər onların ailəsi və yaxınları ilə birlikdə bir yaddaş, tanıma və paylaşma fürsətinə çevrilə bilər.

“Səfərləri asanlaşdırmaq məqsədilə tətbiq olunan digər vacib dəyişiklik isə hotel rezervasiyası ilə bağlıdır. Belə ki, əgər vətəndaş işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə əvvəlcədən yer ayırırsa, sistem onun giriş tarixlərini avtomatik tanıyır və əlavə müraciətə ehtiyac qalmır. Bu yanaşma bir çox ölkələrdə artıq illərdir tətbiq edilir. Belə ki, şəxs hər hansı şəhərdə hotel rezervasiya etdikdə, bu, onun səfər tarixini təsdiq edən texniki sübut rolunu oynayır və elektron qeydiyyat sistemləri bu məlumat əsasında vətəndaşın hərəkətini asanlaşdırır. Azərbaycanda bu sistemin tətbiqi həm turizm axınını daha çevik və səmərəli şəkildə yönəltmək, həm də texniki prosesi daha şəffaf və rahat etmək məqsədi daşıyır. Bu məsələdə vacib məqam ondan ibarətdir ki, yanaşma alternativ seçim kimi təqdim olunur. Hotel rezervasiyası etməyən şəxslər üçün əvvəlki qaydada, yəni www.yolumuzqarabaga.az portalı vasitəsilə elektron icazə almaq imkanı tam olaraq saxlanılır. Yəni sistem çevikdir, vətəndaşa seçim imkanı verir, eyni zamanda, girişin nəzarət altında və mərhələli şəkildə təşkili prinsipindən də geri çəkilmir”, - deyə Oğuz Mirzəyev vurğulayıb.

BAMF-ın vitse-prezidenti qeyd eidb ki, tətbiq olunan yeni yanaşmalar təkcə səfərləri asanlaşdırmaq məqsədi daşımır, eyni zamanda, Qarabağın iqtisadi imkanlarının inkişafına real təsir göstərir: “İcazə müddətinin uzadılması, orada fəaliyyət göstərən hotellərin, restoranların və digər xidmət obyektlərinin daha uzunmüddətli qonaqlara xidmət etməsinə şərait yaradır. İnsanların bölgədə daha çox vaxt keçirməsi, təbii olaraq, istehlak səviyyəsini artırır. Bu isə yerli resurslara tələbatı yüksəldir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti canlanır, yeni xidmət sahələri formalaşır və bölgədə məşğulluq imkanları genişlənir. Bu cür iqtisadi dinamika təkcə yerli əhali üçün deyil, bütövlükdə milli iqtisadiyyat üçün də real töhfə deməkdir”.

Oğuz Mirzəyev diqqətə çatdırıb ki, təhlükəsizlik bu prosesin əsasında duran əsas şərtdir. “Qarabağ hələ də yaxın keçmişdə ağır döyüşlər yaşamış və genişmiqyaslı dağıntılara məruz qalmış ərazidir. Mina təhlükəsi real olaraq qalır və bu baxımdan bölgəyə gedən hər kəsin təhlükəsizlik qaydaları barədə məlumatlı olması mütləqdir. Səfərə çıxan şəxs yalnız özü üçün deyil, onunla birlikdə yola düşən hər kəs üçün də məsuliyyət daşıyır. Bu məsuliyyətin icra olunması üçün hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, onunla birgə fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları, o cümlədən BAMF, Dövlət Məşğulluq Agentliyi və digər tərəfdaşlar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Hədəf təkcə bölgədə yaşayan əhali deyil, həm də oraya müvəqqəti səfər edənlərdir. Təlimlərə qatılmaq və sadə, lakin həyati vacib davranış qaydalarını mənimsəmək orada atılacaq hər bir addım üçün önəmlidir”.

BAMF-ın vitse-prezidentinin sözlərinə görə, son zamanlar ictimai müzakirələrdə portalın ləğvi və sərbəst girişlə bağlı müxtəlif fikirlər səslənir. Amma bu məsələdə əsas meyar təhlükəsizlikdir: “Portalın mövcudluğu və icazə əsasında girişin həyata keçirilməsi heç bir halda vətəndaşlara məhdudiyyət yaratmaq məqsədi daşımır. Əksinə, bu, onların səfərinin təhlükəsiz və sistemli şəkildə təşkil olunması üçün mövcud reallıqları nəzərə alaraq tətbiq edilmiş nəzarət mexanizmidir. Unutmaq olmaz ki, söhbət hələ də ciddi mühəndis maneələri, döyüş izləri və partlayıcı təhlükəsi daşıyan bir ərazidən gedir. Belə bir şəraitdə girişlərin qeydiyyatsız və nəzarətsiz şəkildə aparılması ciddi risk yarada bilər”.

Oğuz Mirzəyev vurğulayıb ki, bütün bu dəyişikliklər Azərbaycanın azad olunmuş ərazilərə dönüş siyasətinə necə yanaşdığını açıq şəkildə göstərir. “Bu yanaşma emosional deyil, ardıcıl, düşünülmüş və məsuliyyətlidir. İndi artıq bu siyasətin nəticələri nəzəriyyədə yox, real həyatda görünür. Bölgəyə artan səfərlər, fəaliyyət göstərən hotellər, açılan yeni xidmət növləri, iqtisadi aktivliyin sürətlənməsi - bütün bunlar təkcə planların deyil, onların həyata keçməsinin göstəricisidir. Prezident İlham Əliyevin “Biz Qarabağı dirçəldəcəyik, həyat oraya qayıdacaq, insanlar qayıdacaq və biz bu torpaqlarda əbədi yaşayacağıq” fikri bu prosesin təkcə siyasi niyyət kimi deyil, gerçək hədəfə çevirmiş yanaşmanın simvoludur”, - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see155

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see147

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see146

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see143

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri