Icma.az
close
up
RU
Qarabağın və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir ŞƏRH

Qarabağın və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqda davam edir. Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salınıb. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış olub, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb. Dövlət başçımız bəyan edib ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır.”

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, hər kəs 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Azərbaycanın yazdığı tarixdən danışır. Uzun illər işğaldan əziyyət çəkən ölkəmiz hər zaman sülh tərəfdarı olub. Bununla belə, Ermənistan havadarlarının dəstəyi ilə işğalı davam etdirib. Çünki onlar hesab edirdilər ki, müharibə olmayacaq. “Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən hər dəfə, hər zaman onları qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər” – deyən Müzəffər Ali Baş Komandan azad Qarabağ torpağından bir daha bəyan edib ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməz. Çünki biz haqlıyıq və haqlı olduğumuzu postmünaqişə dövründə də sübut edirik. Belə ki, böyük abadlıq və tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir.

“Keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı yeni dövrün əsas prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İşğaldan azad edilən ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlətimizin başçısı mütəmadi olaraq Qarabağda və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir. Sonuncu səfər zamanı da yeni yaşayış məntəqələrinin təməli qoyulub, həmçinin sosial-mədəni obyektlər istifadəyə verilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissi ilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə, burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük Qayıdış proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır”, - deyə deputat bildirib.

N.Məmmədova işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpasının və yenidən qurulmasının əsl nümunə kimi qiymətləndirilməli olduğuna diqqət çəkərək deyib: “Belə ki, cəmi 8 aya - 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan, cari ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda, müasir yol-nəqliyyat infrastrukturunun qurulması bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq, əhalinin rifahına töhfə verir.

Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırında Qarabağda və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri