Icma.az
close
up
RU
Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir ŞƏRH

Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad olunmuş ərazilərə giriş icazələrinin 2 gündən 5 günədək uzadılması ilk baxışda sadə texniki dəyişiklik kimi görünə bilər, amma əslində bu qərar bölgəyə səfərlərin daha planlı, rahat və məqsədəuyğun şəkildə həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Oğuz Mirzəyev bildirib.
O deyib ki, əvvəllər 2 gün müddətinə səfər icazəsi almış şəxslər tez qayıtmaq məcburiyyəti ilə üzləşirdilər. İndi isə insanlar Qarabağa tələsik və ötəri deyil, daha geniş zaman aralığında səfər edib, bölgəni dolğun şəkildə ziyarət edərək, bir neçə gün qala bilərlər. Beləliklə, bu səfərlər onların ailəsi və yaxınları ilə birlikdə bir yaddaş, tanıma və paylaşma fürsətinə çevrilə bilər.
“Səfərləri asanlaşdırmaq məqsədilə tətbiq olunan digər vacib dəyişiklik isə hotel rezervasiyası ilə bağlıdır. Belə ki, əgər vətəndaş işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə əvvəlcədən yer ayırırsa, sistem onun giriş tarixlərini avtomatik tanıyır və əlavə müraciətə ehtiyac qalmır. Bu yanaşma bir çox ölkələrdə artıq illərdir tətbiq edilir. Belə ki, şəxs hər hansı şəhərdə hotel rezervasiya etdikdə, bu, onun səfər tarixini təsdiq edən texniki sübut rolunu oynayır və elektron qeydiyyat sistemləri bu məlumat əsasında vətəndaşın hərəkətini asanlaşdırır. Azərbaycanda bu sistemin tətbiqi həm turizm axınını daha çevik və səmərəli şəkildə yönəltmək, həm də texniki prosesi daha şəffaf və rahat etmək məqsədi daşıyır. Bu məsələdə vacib məqam ondan ibarətdir ki, yanaşma alternativ seçim kimi təqdim olunur. Hotel rezervasiyası etməyən şəxslər üçün əvvəlki qaydada, yəni www.yolumuzqarabaga.az portalı vasitəsilə elektron icazə almaq imkanı tam olaraq saxlanılır. Yəni sistem çevikdir, vətəndaşa seçim imkanı verir, eyni zamanda, girişin nəzarət altında və mərhələli şəkildə təşkili prinsipindən də geri çəkilmir”, - deyə Oğuz Mirzəyev vurğulayıb.
BAMF-in vitse-prezidenti qeyd edib ki, tətbiq olunan yeni yanaşmalar təkcə səfərləri asanlaşdırmaq məqsədi daşımır, eyni zamanda, Qarabağın iqtisadi imkanlarının inkişafına real təsir göstərir: “İcazə müddətinin uzadılması, orada fəaliyyət göstərən hotellərin, restoranların və digər xidmət obyektlərinin daha uzunmüddətli qonaqlara xidmət etməsinə şərait yaradır. İnsanların bölgədə daha çox vaxt keçirməsi, təbii olaraq, istehlak səviyyəsini artırır. Bu isə yerli resurslara tələbatı yüksəldir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti canlanır, yeni xidmət sahələri formalaşır və bölgədə məşğulluq imkanları genişlənir. Bu cür iqtisadi dinamika təkcə yerli əhali üçün deyil, bütövlükdə milli iqtisadiyyat üçün də real töhfə deməkdir”.
Oğuz Mirzəyev diqqətə çatdırıb ki, təhlükəsizlik bu prosesin əsasında duran əsas şərtdir. “Qarabağ hələ də yaxın keçmişdə ağır döyüşlər yaşamış və genişmiqyaslı dağıntılara məruz qalmış ərazidir. Mina təhlükəsi real olaraq qalır və bu baxımdan bölgəyə gedən hər kəsin təhlükəsizlik qaydaları barədə məlumatlı olması mütləqdir. Səfərə çıxan şəxs yalnız özü üçün deyil, onunla birlikdə yola düşən hər kəs üçün də məsuliyyət daşıyır. Bu məsuliyyətin icra olunması üçün hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, onunla birgə fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları, o cümlədən BAMF, Dövlət Məşğulluq Agentliyi və digər tərəfdaşlar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Hədəf təkcə bölgədə yaşayan əhali deyil, həm də oraya müvəqqəti səfər edənlərdir. Təlimlərə qatılmaq və sadə, lakin həyati vacib davranış qaydalarını mənimsəmək orada atılacaq hər bir addım üçün önəmlidir”.
BAMF-in vitse-prezidentinin sözlərinə görə, son zamanlar ictimai müzakirələrdə portalın ləğvi və sərbəst girişlə bağlı müxtəlif fikirlər səslənir. Amma bu məsələdə əsas meyar təhlükəsizlikdir: “Portalın mövcudluğu və icazə əsasında girişin həyata keçirilməsi heç bir halda vətəndaşlara məhdudiyyət yaratmaq məqsədi daşımır. Əksinə, bu, onların səfərinin təhlükəsiz və sistemli şəkildə təşkil olunması üçün mövcud reallıqları nəzərə alaraq tətbiq edilmiş nəzarət mexanizmidir. Unutmaq olmaz ki, söhbət hələ də ciddi mühəndis maneələri, döyüş izləri və partlayıcı təhlükəsi daşıyan bir ərazidən gedir. Belə bir şəraitdə girişlərin qeydiyyatsız və nəzarətsiz şəkildə aparılması ciddi risk yarada bilər”.
Oğuz Mirzəyev vurğulayıb ki, bütün bu dəyişikliklər Azərbaycanın azad olunmuş ərazilərə dönüş siyasətinə necə yanaşdığını açıq şəkildə göstərir. “Bu yanaşma emosional deyil, ardıcıl, düşünülmüş və məsuliyyətlidir. İndi artıq bu siyasətin nəticələri nəzəriyyədə yox, real həyatda görünür. Bölgəyə artan səfərlər, fəaliyyət göstərən hotellər, açılan yeni xidmət növləri, iqtisadi aktivliyin sürətlənməsi - bütün bunlar təkcə planların deyil, onların həyata keçməsinin göstəricisidir. Prezident İlham Əliyevin “Biz Qarabağı dirçəldəcəyik, həyat oraya qayıdacaq, insanlar qayıdacaq və biz bu torpaqlarda əbədi yaşayacağıq” fikri bu prosesin təkcə siyasi niyyət kimi deyil, gerçək hədəfə çevirmiş yanaşmanın simvoludur”, - deyə o qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri