Tətildən iş rejiminə keçid Yuxu rejimini necə bərpa edək?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Yeni il tətillərindən sonra gündəlik rejimin pozulması bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, iş həyatına qəfil qayıdış bu problemi daha da dərinləşdirə bilər.
Milli.Az xəbər verir ki, rusiyalı həkim Maksim Novikov yerli mediaya açıqlamasında yuxu rejiminin tədricən normallaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər gecə 15-30 dəqiqə daha tez yatmaqla orqanizmi əvvəlki qrafikə uyğunlaşdırmaq mümkündür.
Həkim yatmazdan əvvəl rahatladıcı vərdişlərin əhəmiyyətinə də diqqət çəkib. İsti vanna qəbul etmək, bitki çayı içmək, işıqları azaltmaq və elektron cihazlardan uzaq durmaq yuxuya getməyi asanlaşdıra bilər. Eyni zamanda, yataq otağının mütəmadi havalandırılması və havanın nəmləndirilməsi də yuxu keyfiyyətini yaxşılaşdıran amillər sırasındadır.
Maksim Novikov qış aylarında fiziki aktivliyin azalmasının da sağlam yuxuya mənfi təsir göstərdiyini bildirib. Onun fikrincə, gün ərzində 20-30 dəqiqəlik gəzinti və ya yüngül məşq endorfin ifrazını artıraraq həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də gündəlik rejimə qayıtmağı asanlaşdırır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Yanvar 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















