Tətildən sonra detoks: Orqanizmi sadə yollarla təmizləyin
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tətildən sonra qeyri-sağlam qidalanma, yuxusuzluq və stress nəticəsində bədəndə toksinlər toplanır.
Pravda.az bildirir ki, mütəxəssislər bu halda orqanizmi təmizləmək və gündəlik rutinlərə sağlam şəkildə dönmək üçün təbii detoks üsullarını tövsiyə edirlər.
Detoks bədənin toksinlərdən təmizləmək məqsədilə tətbiq edilən xüsusi qidalanma rejimidir. Mütəxəssislərə görə, xüsusilə bol su içmək, antioksidantlarla zəngin qidalar (tərəvəz, meyvə, yaşıl çay, zəncəfil çayı və s.) və yüngül fiziki fəaliyyətlər detoks prosesini sürətləndirir.
Detoks zamanı yüksək şəkərli, yağlı və işlənmiş məhsullardan uzaq durmaq, alkoqol və kafein qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Bədənlə yanaşı zehni təmizləmək üçün isə yoga və meditasiya tövsiyə edilir.
Dəri üçünsə, nəmləndirici maskalar və buxar vannaları, günəş və dənizdən zədələnmiş dərini bərpa etməyə kömək edir.
Qeyd edək ki, detoks proqramları hamı üçün uyğun deyil. Xroniki xəstəlikləri olan şəxslər, hamilə və ya süd verən qadınlar bu cür proqramlara başlamazdan əvvəl həkim məsləhəti almalıdırlar.
Əminə Bayramova


