Icma.az
close
up
RU
Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş xüsusi sessiya keçirilib

Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş xüsusi sessiya keçirilib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisinin ofisinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün ömürboyu öyrənmə və gələcək bacarıqlar" mövzusunda 6-cı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunun xüsusi sessiyası keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov BMT ilə səmərəli əməkdaşlığı vurğulayıb, Azərbaycanın regionda və Müstəqil Dövlətlər Birliyi məkanında BMT-yə 4 Könüllü Milli Hesabat təqdim edən yeganə ölkə olduğunu bildirib. Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2025-ci il üzrə Könüllü Milli Hesabatlar nəşrində ölkəmizdə DİM-lərin icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.

Sessiyada ölkəmizin 2030-cu ilədək 5 milli prioritetindən biri olan və DİM-lərlə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində ömürboyu öyrənmənin, müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasının rolu vurğulanıb. Rəqabətqabiliyyətli insan resurslarının formalaşdırılmasında müasir dövrün tələblərinə uyğun təhsilin önəmi qeyd edilib. Bu gün dünya qarşısında duran çağırışlar - iqlim dəyişmələri, sürətli texnoloji transformasiyalar yalnız texniki biliklərlə kifayətlənməyi deyil, yeni bacarıqlara sahib olmağı tələb edir. Tənqidi düşüncə, yaradıcılıq, komanda işi kimi bacarıqlar müasir dövrdə əsas ixtisaslar qədər önəm daşıyır.

Tədbirdə Azərbaycanda insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, peşəkar kadrlar bankının yaradılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

İnsan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM tərəfindən Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkəti ilə birgə "4Sİ (Dördüncü Sənaye İnqilabı) Akademiyası" təşkil edildiyi, layihədən minlərlə vətəndaşımızın faydalandığı diqqətə çatdırılıb. Ölkəmizdə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaq üçün "4Sİ Akademiyası" çərçivəsində başlayan "Milli Proqram" layihəsi davam edir. Bu ilin aprel ayından başlayan bu layihə çərçivəsində 1 il ərzində onminlərlə vətəndaşımıza 300-dən çox universitet və onlarla aparıcı texnologiya şirkətlərinin təqdim etdiyi 8 000-dən çox təlimdən ödənişsiz yararlanmaq imkanı yaradılıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın DİM məqsədlərinə çatmaq istiqamətində gördüyü işləri təqdir edib, davamlı inkişaf üçün ömürboyu öyrənmənin əhəmiyyətinə dair fikirlərini bölüşüb.

"McKinsey & Company"nin nümayəndəsi Gözde Kızılırmak qlobal tendensiyalar və ömürboyu təhsilin iqtisadi inkişafda əhəmiyyəti barədə danışıb. Beynəlxalq Əmək Təşkilatının eksperti Özge Berber-Agtaş və ADA Universitetinin dosenti Anar Vəliyev təqdimatlarla çıxış edərək inklüziv məşğulluq siyasətləri və müasir bacarıqların formalaşmasına təsir edən qlobal trendlər barədə məlumat veriblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, ömürboyu təhsilin iqtisadi artımda və rəqabətqabiliyyətli insan kapitalının inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, indiyədək 5 "DİM Dialoqu" təşkil olunub. Dialoqlar çərçivəsində hökumət nümayəndələri, BMT təmsilçiləri, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrin ekspertləri arasında bir sıra aktual mövzular üzrə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri