Icma.az
close
up
RU
Xəritədəki nöqtə müharibənin açarıdır

Xəritədəki nöqtə müharibənin açarıdır

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın İranın yeraltı nüvə obyektini Hind okeanındakı kiçik adada – Diego Qarsiyada yerləşən B-2 bombardmançı təyyarələri vasitəsilə vurmağa hazırlaşdığı bildirilir. Cəmi 30 kvadrat kilometr sahəyə malik olan Diego Qarsiya İrandan 3795 kilometr məsafədə yerləşir. Buradan havaya qalxan B-2-lər maksimal sürətlə İran ərazisinə 2 saata çata bilər.

News24.az bildirir ki, hazırda dünyanın diqqəti ABŞ-ın İsrail-İran qarşıdurmasına birbaşa müdaxilə edib-etməyəcəyi məsələsinə yönəlib. Ekspertlər hesab edir ki, İranın ən mühüm nüvə obyektlərindən biri olan Fordo nüvə obyekti yalnız ABŞ istehsalı olan B-2 bombardmançı təyyarələri ilə məhv edilə bilər.

ABŞ-ın “sığınacaq ovçusu” adlandırılan xüsusi bombaları – GBU-57/B yalnız B-2 təyyarələri tərəfindən daşına bilir. Bu “gizli” (radarlara görünməyən) təyyarələr, Hind okeanında yerləşən Diego Qarsiya bazasında hazır vəziyyətdə gözləyir.

Mart ayında azı üç ədəd B-2 bombardmançısının bu bazaya yerləşdirildiyi, sonradan daha yeddi təyyarənin də ora göndərildiyi bildirilib.

B-2 bombardmançıları, 13.6 ton bomba yükü ilə havaya qalxaraq həm adi, həm də nüvə sursatı daşımaq qabiliyyətinə malikdir. Radarlara düşməyən bu “hayalet” təyyarələr, yanacaq doldurmadan təqribən 11 min kilometr, yanacaqla birlikdə isə 18 min 500 kilometr məsafə qət edə bilir.

İranın Fordo nüvə obyektinin 80-90 metr dərinlikdə, qaya təbəqələrinin altında inşa edildiyi ehtimal olunur. Bu səbəbdən, yalnız GBU-57/B tipli bombaların hədəfi məhv edə biləcəyi bildirilir. Bu bombalar hədəfə çatmazdan əvvəl beton və zirehli strukturları deşib yerin altına daxil olur və orada partlayır. Onların 100 metrədək dərinliyə nüfuz edə bildiyi qeyd olunur.

Belə bir obyektin tam məhv edilməsi üçün birdən çox bombanın ardıcıl şəkildə istifadəsinin zəruri olduğu düşünülür. Bombanın yalnız B-2 təyyarələri ilə daşına bilməsi isə ABŞ-ın birbaşa müdaxiləsini zəruri edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 İyun 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri