Tətildən sonra işə qayıtmaq niyə çətin olur? İsveçli psixoloqdan məsləhət
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Stokholm, 11 avqust, AZƏRTAC
Yay tətilindən sonra işə qayıtmaq çox vaxt yorğunluq, əsəbilik və əhvali-ruhiyyənin aşağı düşməsi ilə müşayiət edilir.
AZƏRTAC xəbər verir ki, isveçli psixoloq Siri Hellenin bildirdiyinə görə, bu, həyatın adi ritminin kəskin dəyişməsi ilə bağlıdır. Belə ki, istirahət dövründən sonra insanlar yenidən ciddi rejimə və iş öhdəliklərinə uyğunlaşmalı olurlar.
Mütəxəssisin sözlərinə görə, bir çox insanlar bütün xoş hadisələri məhz tətil dövrünə toplamağa meyllidir və buna görə də gündəlik həyata qayıdış, xüsusilə, çətin qəbul edilir. Bu keçidi asanlaşdırmaq üçün psixoloq adi iş günlərində də əvvəlcədən kiçik xoş hadisələr planlaşdırmağı – gəzintiləri, dostlarla görüşləri, sevimli məşğuliyyətləri və ya gün ərzində qısa fasilələri tövsiyə edir. Helle, həmçinin tətil zamanı yaranmış faydalı vərdişləri qoruyub saxlamağı, məsələn, daha çox hərəkət etməyi, ətrafdakı insanlarla ünsiyyətdə olmağı və tam istirahətə diqqət yetirməyi məsləhət görür. Onun fikrincə, iş tapşırıqları arasında verilən qısa fasilələr də mühüm rol oynayır. Bu fasilələr beynin bərpa olunmasına və bir işdən digərinə daha asan keçməsinə kömək edir.
Psoxoloq deyir ki, adətən, xoşagəlməz hisslər bir-iki həftə ərzində keçir. Lakin ruh düşkünlüyü daha uzun müddət davam edərsə, iş şəraitində mümkün dəyişikliklər barədə düşünmək və hətta iş yerini dəyişmək məsləhətdir.
Araşdırmalar da göstərir ki, insanlar bütün ili yalnız növbəti yay tətilini gözləməklə keçirmək əvəzinə, il ərzində mütəmadi olaraq kiçik xoş hadisələr planlaşdırdıqda özlərini daha xoşbəxt hiss edirlər.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Avqust 2026 03:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















