Təvəkkolizadə: Mərhum Xamenei ilə vida mərasimi 3 gün çəkəcək
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Təvəkkolizadə bildirib.
Onun sözlərinə görə, iyunun ortalarında İranın sabiq Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır. Dördpendirli pizza
Təvəkkolizadə bildirib ki, vida mərasiminin bir gün davam edəcək, sonra Xameneinin nəşi Qum şəhərinə, oradan da Məşhədə aparılacaq.
Sədr müavini Tehranda vida mərasimində 15-20 milyon insanın iştirak edəcəyinin gözlənildiyini vurğulayıb.
İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















