Icma.az
close
up
RU
Texas Universitetinin azərbaycanlı tələbəsi: Xərçəngin müalicəsi məqsədilə tədqiqat aparıram

Texas Universitetinin azərbaycanlı tələbəsi: Xərçəngin müalicəsi məqsədilə tədqiqat aparıram

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Hər zaman onkologiyaya xüsusi marağım olub. Aparılan araşdırmaların xərçəngin müalicəsində oynadığı rolu dərindən anladıqdan sonra qərara gəldim ki, həyatımı elmi tədqiqatlara həsr edim, kimyaterapiyaya və ənənəvi dərmanlara müqavimət göstərən xərçəng xəstələri üçün yeni terapevtik üsullar inkişaf etdirməyə çalışım.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ABŞ-ın Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzinin Biotibb Elmləri Ali Məktəbində doktorantura təhsili alan Aminə Nurməmmədova söyləyib. O, hazırda James P.Allison İnstitutunda xərçəngin müalicəsində immunoterapevtik dərmanların təsirini artırmaq məqsədilə tədqiqat aparır. Tibb təhsilinə Azərbaycan Tibb Universitetində başlayıb və bir il sonra Almaniyaya köçüb. Bakalavriat və magistratura təhsilini Almaniyanın Tübingen şəhərində yerləşən Eberhard Karls Universitetində molekulyar tibb ixtisası üzrə bitirib: “Tübingendə yerləşən Patologiya və Neyropatologiya İnstitutunda laboratoriyada elmi araşdırmalara qoşulduqdan sonra xüsusilə immunologiya və onkologiya sahələri ilə tanış olduqdan sonra elmə olan marağım tamamilə dəyişdi”.

A.Nurməmmədova Almaniyada və ABŞ-da təhsilin üstünlüklərindən və çətin tərəflərindən də söz açıb: “Hər iki mühitə alışmaq zaman və səbir tələb edir. Almaniyaya 18 yaşımda köçdüyüm üçün alman mədəniyyətinə daha tez inteqrasiya oldum. Oradakı nizam-intizamı, qaydalara əsaslanan təhsil sistemini və ümumi mühiti çox bəyəndim. Lakin indi 24 yaşımda ABŞ-a köçmək mənim üçün çətin oldu. Çünki artıq qismən qurulmuş bir həyatımı geridə qoyub tamamilə yeni bir ölkədə hər şeyə yenidən başlamaq hissini yaşayıram. İntensiv və sistemli bir təlim aldıqdan sonra ABŞ-dakı iş prosesinə uyğunlaşmaq o qədər də çətin olmur”.

Müsahibimiz Almaniyanın və ABŞ-ın təhsil sistemlərinin fərqli olduğunu söyləyib: “Müşahidələrimə əsasən, Almaniyada universitet təhsili ABŞ-a nisbətən daha çətindir. Almaniyada dərslərin elmi dərinliyi daha yüksək olduğu üçün bakalavriat təhsilimi orada almağıma çox şadam. Düşünürəm ki, bu mənə elmi sahədə bir çox imkanlara yol açan möhkəm bir təməl rolunu oynayib”.

ABŞ-da təhsilini davam etdirən Aminə deyib: “Hazırda UT Health MD Anderson Xərçəng Mərkəzində biotibbi elmlər üzrə doktorantura təhsili alıram. İxtisasım immunologiya və bioinformatikadir. Məqsədim xərçəng xəstələrində immunoterapiyaya qarşı müqavimət yaranma mexanizmlərini anlamaq və şiş mikroətrafında (TME) hüceyrələrarası əlaqələri araşdıraraq, xəstələrin müalicəyə fərqli cavab verməsinin səbəblərini açıq şəkildə izah etməkdir. Doktorantura təhsilimi başa vurduqdan sonra elmi-tədqiqat sahəsində fəaliyyətimi davam etdirmək və “translational research” üzrə çalışmaq niyyətindəyəm”.

Aminə Azərbaycan-Amerika Tibb Assosiasiyasının (AAMA) üzvüdür. O, bu yaxınlarda AzerMDS icması üçün vebinar keçməyə dəvət alıb və tibb sahəsi üzrə tələbələrə elmi araşdırmalara yönəlməyin əhəmiyyətini böyük məmnuniyyətlə çatdırıb. Bununla yanaşı, elmi tədqiqatlarını Almaniyada bir neçə konfransda poster təqdimatı ilə bölüşüb.

“Perspektivləri böyük səbirsizliklə gözləyirəm və öz yolumu müxtəlif platformalarda paylaşmaqdan məmnunam. Xüsusilə Azərbaycandakı qadınları tibb və elmi araşdırmalar sahəsində irəliləməyə təşviq etmək mənim üçün çox önəmlidir. Növbəti prioritetim doktorantura təhsilimi başa vurmaq və müstəqil alim kimi fəaliyyət göstərərək xərçəng xəstələri üçün terapevtik preparatların inkişafına töhfə verməkdir. Məqsədim tibb sahəsində müxtəlif araşdırma metodlarını birləşdirərək həkimləri, əczaçılıq şirkətlərini və fundamental elmi tədqiqatçıları bir araya gətirməkdir. Beləliklə, onların bilik və bacarıqlarını inteqrasiya edərək xərçəng xəstələri üçün fərdi müalicə üsulları inkişaf etdirməyi hədəfləyirəm. Azərbaycanda tibb sahəsinə töhfə verməyin vacibliyini dərk edirəm. Məqsədim Azərbaycandakı və ABŞ-dakı tibbi onkoloqlarla əməkdaşlıq edərək, ölkəmizdə də xərçəng xəstələri üçün fərdi müalicə üsullarını inkişaf etdirməkdir. Bunun üçün isə tədqiqat laboratoriyalarının yaradılması, əczaçılıq şirkətləri ilə əməkdaşlıq edilməsi və tibbi onkoloq komandasının qurulması tələb olunur”, - deyə Aminə Nurməmmədova fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri