Icma.az
close
up
RU
Təxirə salınan səfər: “Yaxın Şərqdə sabitliyi istəməyən qüvvələr...”

Təxirə salınan səfər: “Yaxın Şərqdə sabitliyi istəməyən qüvvələr...”

Ayna saytına istinadən Icma.az xəbər verir.

Sərdar Cəlaloğlu: “Bu səfər İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulmasında önəmli rol oynaya bilərdi”

İsrailin Baş naziri Benyamin Netanyahunun 7-11 may tarixlərində Azərbaycana planlaşdırılan səfəri təxirə salındı. İsrail mediasının məlumatına görə, səfərin təxirə salınmasının səbəbi bölgədəki son vəziyyətdir.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Benyamin Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə qeyd olunub.

Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının İsrailə zərbələr endirməsi, İsrailin cavab tədbirləri Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirmiş oldu. Eyni zamanda, İsrail Suriyadakı hədəfləri atəşə tutub ki, o hədəflər arasında Türkiyənin dəstək verdiyi qüvvələr də var. Bu amillər ekspertlərin qənaətincə, Netanyahunun səfərinin təxirə salınması səbəblərindən biri kimi göstərilir.

Eyni zamanda, başqa bir məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bildirilir ki, Türkiyəyə məxsus F-16 qırıcıları ilk dəfə olaraq İsrail hərbi təyyarələri ilə üz-üzə gəlib. Hadisə İsrailin Suriyaya qarşı apardığı genişmiqyaslı hava hücumları zamanı baş verib. Məlumata görə, Türkiyə təyyarələri Suriya hava məkanına daxil olaraq İsrail qırıcılarına xəbərdarlıq siqnalları göndərib.

"Sözçü" qəzetinin məlumatına görə, eyni zamanda, İsrailin hava hücumları zamanı Türkiyə ilə əlaqəli olan “Sultan Murad” və “Süleyman Şah” kimi silahlı qruplaşmaların bazalarına da zərbələr endirilib.

Bu hadisə Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da sərtləşəcəyi ehtimalını artırır və regionda potensial hərbi qarşıdurma gözləntilərini gücləndirir.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasətçi, Azərbaycan Dermokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Netanyahunun Bakıya səfəri zamanı yaxşı razılaşmalar olacağına ümidlər böyük idi:

- Azərbaycan İsrail-İran və İsrail-Türkiyə arasında vasitəçi rolunu üzərinə götürə bilər. Uzun illərdir ki, bu ölkələr arasında zaman-zaman gərginliklər, diplomatik savaşlar gedir. Azərbaycan İsrail-Türkiyə, İsrail-İran arasında diplomatik münasibətlərdə vasitəçi kimi böyük töhfələr verə bilər. Mən demirəm ki, Netanyahunun səfəri ilə İsrailin İran və Türkiyə ilə arasında olan problemləri tam həll olunacaqdı, amma Bakının töhfələr verəcəyi bəlli idi. Hətta bundan əvvəl də Azərbaycanın vasitəçilik etdiyi, həmin ölkələrin nümayəndələrinin Bakıda görüşlərinin keçirildiyi barədə qeyri-rəsmi məlumatlar var. Hansı ki, həmin məlumatlar təkzib edilməyib.

Amma bu günlərdə İranın Yəməndəki proksi qüvvəsi sayılan “Ənsar Allah” (husilər) təşkilatı İsrailin hava limanına hücum edib. Belə bir vəziyyətdə əlbəttə, dövlət başçısı ölkəni tərk edə bilməz. Netanyahunun ofisi Baş nazirin səfərinin təxirə salındırığı bildirib və eyni zamanda, bu hücumun arxasında hansı dövlətin dayandığını bildiklərini bəyan edib. Burada hamımız bilirik ki, israil İranı nəzərdə tutur. Ola bilsin ki, bəzi qüvvələr İranın proksisinin İsrailə hücum etməsini istədi, gərginliyin yaranmasında maraqlı oldu. Əslində bu gərginlik İrananın özünə də lazım deyil. Tehran çalışırdı ki, münaqişəli vəziyyət aradan qalxsın, müəyyən qədər münasibətlərdə yaxşılaşma olsun. Amma hansısa qüvvə buna imkan vermir. Bu onu göstərir ki, Yaxın Şərqdə gərginliyin qalmasında hansısa qüvvə maraqlıdır.

- Həmin qüvvələr hansılardır?

- Mən onu dəqiqliklə deyə bilmərəm. Amma məsələn, bu günlərdə Fransa, ABŞ və İraq Kürd Muxtar Vilayətinin Baş naziri Necirvan Bərzani yığışıb Suriya ərazisində  yeni bir kürd muxtariyyətinin yaradılmasını müzakirə ediblər. Bu o deməkdir ki, yenidən Yaxın Şərqdə, Suriyada etnik münaqişə alovlanacaq. Halbuki Suriyadakı kürdlər hakimiyyətə bağlı olduqları barədə bəyanat verdilər, silahları təhvil verdilər. Suriyadakı proseslərin əsas hərəkətverici qüvvəsi, Suriyada sabitliyi təmin etməyə çalışan Türkiyənin bir şərti var: burada hansısa muxtariyyətdən söhbət gedə bilməz. Amma baxın, yenidən ABŞ, Fransa və bir də İraqdakı muxtariyyətin başçısı Suriyada da muxtariyyətin yaradılması haqqında danışırlar. Beləliklə, məncə, Yaxın Şərqdə gərginliyin qalmasında, sabitliyin yaranmamasında maraqlı olan qüvvələrin kim olması ehtimalı güclənir.

- İsrailin Suriyaya müdaxiləsi Türkiyə tərəfindən sərt qarşılandı. Məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bütün bunlar nələrə səbəb ola bilər?

- Yenə də qayıdırıq Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasına. Hesab edirəm ki, bu səfər İsrail-Azərbaycan əlaqələrinin inkişafında nə qədər önəmli rol oynayacaqdısa, İran-İsrail və Türkiyə-israil münasibətlərinin yoluna qoyulmasında da bir o qədər önəmli rol oynaya bilərdi. Amma dediyim kimi, buna qarşı olan qüvvələr Yaxın Şərqdə gərginliyin artmasında maraqlı oldular. Təbii ki, İsrailin də, Türkiyənin də Suriyada maraqları var. Türkiyə Azərbaycanın qardaşı və müttəfiqidir. İsrail də Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Biz istəmirik ki, bu iki dövlət arasında gərginlik olsun. Məhz Netanyahunun Bakıya səfərində bu məsələlər müzakirə olunacaqdı. Dediyim odur ki, Bakının Ankara və Təkl-Əviv arasında vasitəçiliyi problemlərin həllində önəmli olacaqdı. Hesab edirəm ki, Suriyada stabilliyin bərqərar olmamasında maraqlı qüvvələr gərginliyə səbəb olan addımlar atdılar və nəticədə yenidən qarışıqlıq yaranmış oldu. Amma Türkiyənin də, İsrail də səbr nümayiş etdirməklərində fayda var.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri